YAP Qax rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
16.04.2019 [15:46]
Aprelin 13-də Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib. Tədbir iştirakçıları və qonaqlar öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Qax şəhər Mədəniyyət evində keçirilən konfransda Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, millət vəkili Azər Kərimli, Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev iştirak ediblər.
Dövlət himninin səsləndirilməsindən sonra konfransı giriş sözü ilə açan YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti, gənclər üçün yaradılan əlverişli şərait barədə danışıb. Natiq YAP Qax rayon təşkilatının Gənclər Birliyinin üzvlərinin də ölkəmizin, o cümlədən rayonun ictimai-siyasi həyatında fəal iştirak etmələrindən məmnunluğunu bildirib, birliyin fəaliyyətini yüksək qiymətləndirib.
Sonra YAP Qax rayon təşkilatı Gənclər Birliyinin sədri Elbrus Tağıyev ötən konfransdan keçən dövr ərzində görülən işlərlə bağlı hesabat verib. Qeyd olunub ki, hazırda YAP Qax rayon təşkilatının tərkibindəki 4656 partiya üzvünün 2002 nəfəri gənclərdir.
YAP Qax rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Elvin Həsilov, Qax bələdiyyəsinin sədr müavini Günel Məmmədova və gənc partiya fəalı Nəcməddin Sofiyev hesabat məruzəsi ətrafında çıxış edərək, görülmüş işləri qənaətbəxş qiymətləndiriblər.
Konfransda çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində gənclərimizin qazandıqları nailiyyətlərdən danışıb. Qeyd olunub ki, bu gün gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərir, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər.
Çıxışında YAP-ın gənclərə öz potensiallarını nümayiş etdirmək üçün hər cür şərait yaratdığını da vurğulayan millət vəkili deyib ki, partiyamızın sıralarında yüksək intellektli gənclər birləşiblər və onlar üzərlərinə düşən vəzifələri yerinə yetirməyə qadirdirlər.
Çıxış edən Milli Məclisin deputatı Azər Kərimli bildirib ki, Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Millət vəkili əlavə edib ki, Yeni Azərbaycan Partiyasının sıralarında birləşən gənclər də ictimai-siyasi proseslərdə fəal iştirak edirlər.
Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin, həmçinin gənclərlə bağlı qəbul edilən müxtəlif Dövlət proqramlarının əhəmiyyətini vurğulayıb. Qax rayonunda həyata keçirilən tədbirlərdən də danışan Musa Şəkiliyev rayon gənclərinin quruculuq prosesində fəal iştirak etdiyini diqqətə çatdırıb. O, YAP Qax rayon təşkilatı Gənclər Birliyinə fəaliyyətində uğurlar arzulayıb, gəncləri hər zaman təşəbbüskar olmağa çağırıb.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Qax rayon təşkilatı Gənclər Birliyinin 27 nəfərdən ibarət Şurası və 9 nəfərdən ibarət İdarə Heyəti seçilib. Həmçinin Elvin Həsilov YAP Qax rayon təşkilatının Gənclər Birliyinin sədri seçilib. Bundan başqa, YAP Gənclər Birliyinin V konfransına nümayəndələr seçiliblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

