Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / İlk dəfə səs verəcək gənclərlə görüş keçirilib

İlk dəfə səs verəcək gənclərlə görüş keçirilib

13.11.2009 [09:57]

ölkəmizin siyasi həyatında mühüm əhəmiyyətə malik, taleyüklü bir dövrdə - bələdiyyə seçkiləri ərəfəsindəyik. Seçkilərə ilk dəfə qatılacaq gənclərin bu tədbirdə fəallıqla iştirak etməsi üçün təbii ki, onların aktiv seçki hüquqlarının izahı, müvafiq Seçki Məcəllənin əsas müddəaları ilə tanış edilmələri mühüm şərtlərdəndir. Bu məqsədlə Yeni Azərbaycan Partiyası (YAP) Şərur rayon təşkilatında keçirilən yığıncağı giriş sözü ilə təşkilatın sədri Əmir Babayev açıb. O, qeyd edib ki, Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkişaf edir. Ə.Babayev əmin olduğunu bildirib ki, qarşıdan gələn bələdiyyə seçkilərində də gənclər öz siyasi fəallıqları ilə fərqlənəcək, xalqımızın ən layiqli övladlarına səs verəcəklər. Rayon məhkəməsinin sədri Hüseyn Zülfüqarov vətəndaşların Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş və Seçki Məcəlləsində öz əksini tapmış seçki hüquqları, eyni zamanda, seçki hüquqlarının pozulması haqqında şikayətlərin araşdırılması barədə ilk dəfə səs verəcək seçicilərə məlumat verib. Gənclərdən Fəridə İsayeva və İbrahim İsmayılov yığıncaqda çıxış edərək bu cür seçkiqabağı tədbirlərin 18 yaşı tamam olan gənclərin mühüm siyasi kampaniyaya tam hazır olmaları üçün böyük əhəmiyyəti olduğunu qeyd ediblər. Yığıncaqda YAP sıralarına qəbul olunmuş gənclərə partiya biletləri təqdim edilib.
Sara Əzimova,
Şərur

Paylaş:
Baxılıb: 1214 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30