/ / YAP-ın nümayəndələri Moskva şəhərində keçirilən İCAPP-ın 10-cu Baş Assambleyasında iştirak edirlər
YAP-ın nümayəndələri Moskva şəhərində keçirilən İCAPP-ın 10-cu Baş Assambleyasında iştirak edirlər
26.10.2018 [09:19]
Rusiyanın paytaxtı Moskva şəhərində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) 10-cu Baş Assambleyası keçirilir. Tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva və YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov iştirak edirlər.
Tədbirdə çıxış edən YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, müasir qloballaşma prosesində dövlətlərin iqtisadi, siyasi cəhətdən bir-birinə inteqrasiyası terrorizmin sərhədləri dağıdaraq bütün beynəlxalq aləmdə təhlükə yaratması ilə müşayiət olunur. Onun sözlərinə görə, Rusiya, Türkiyə, Fransa, Misir, İndoneziya və digər ölkələrdə baş vermiş dəhşətli hadisələr terrorizmin hər bir ölkə üçün ciddi təhlükə olduğunu və dünyada heç bir dövlətin ondan sığortalanmadığını göstərdi: “Separatizm beynəlxalq terrorizmin bir hissəsidir. Bu gün beynəlxalq terrorizm milli, dini zəmində inkişaf edərək özünü etnik separatizm kimi təzahür etdirir. Dözümsüzlük, radikalizm və ekstremizmə əsaslanan terrorizm hələ də müxtəlif regionlarda sülhə, təhlükəsizliyə, sabitliyə və inkişafa mənfi təsir göstərir. Təəssüf ki, inkişaf edən müasir dünya terrorçulara yeni imkanlar açır: yeni texnologiyalardan, internetdən istifadə etməklə insanların psixologiyasına təsir edərək təbliğat aparır, maliyyə əməliyyatları aparmaqla öz sıralarına gəncləri cəlb edirlər. Terrorizm təkcə bir ölkənin deyil, eyni zamanda, bütün siyasi partiyaların, dövlətlərin və beynəlxalq təşkilatların beynəlxalq hüquqa və insan haqlarına söykənən əməkdaşlığı da daxil olmaqla, ardıcıl və hərtərəfli yanaşma əsasında məğlub edilə biləcək bir şərdir. Bu gün terrorizmin yayılmasının qarşısını almaq üçün ilk növbədə həll olunmamış münaqişələrin aradan qaldırılmasına səy göstərməli, insan hüquqlarının pozulmasına rəvac verən səbəblərə qarşı çıxmalı, etnik və dini diskriminasiya kimi halların baş verməməsi üçün birgə fəaliyyət göstərməliyik. Azərbaycan terrorun nə olmasını çox yaxşı bilir. Etnik təmizləmələrin, hərbi təcavüzün nəticəsində 20% torpaqlarımız Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Nəticədə 1 milyon insan doğma yurdlarından didərgin düşüb. Ermənistan, həmçinin münaqişə zonasından uzaqda yerləşən bölgələrdə yaşayan mülki əhaliyə qarşı da ictimai nəqliyyatda və mühüm infrastrukturun yerləşdiyi məkanlarda da terror aktları törətməklə savaş aparıb”.
YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri onu da qeyd edib ki, hazırkı dövrdə dini savadsızlıqdan etnik, dini münaqişələrin alovlanmasında istifadə olunur. Bu isə ekstremizm və terrorun yayılmasına səbəb olan radikalizmi, islamofobiyanı daha da gücləndirir. Onun sözlərinə görə, bütün millətlərin və dini konfessiyaların nümayəndələrinin sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı çoxmillətli və çoxkonfessiyalı ölkə olaraq Azərbaycan sivilizasiyalararası dialoqa töhfə verməyə çalışır.
“Ölkəmiz müxtəlif dinlər arasında daha yaxşı anlaşmanın təmin olunmasına xidmət edən çoxsaylı işlər görür. Terrorizm beynəlxalq sülh və təhlükəsizliyə, insan haqlarına, demokratiyaya, dövlətlərin siyasi müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasına ciddi təhdiddir. Səbəbindən asılı olmayaraq, heç bir terrorizm aktına haqq qazandırıla bilməz. Dövlətlər arasındakı münaqişələr, hərbi aqressiya, separatizm və ekstremizmin yayılması terrorizm üçün əlverişli şərait yaradır və siyasi partiyalar üçün mübarizə hədəflərindən biri olmalıdır. Bu gün Azərbaycan nəinki öz təhlükəsizliyi, eləcə də regionda baş verən hadisələrə müsbət mənada təsir etməklə, sülhün bərqərar olması istiqamətində fəaliyyət göstərir. Çünki terrorizmdən əziyyət çəkən bir dövlət olaraq ölkəmiz onun necə bir bəla olduğunu yaxşı dərk edir və hesab edir ki, terrorizmin və terrorçunun milliyyəti, dini yoxdur, ona qarşı mütərəqqi dünyanın münasibəti eyni olmalıdır. İnsan həyatının nə qədər dəyərli olduğunu nəzərə alaraq, insanlığın qorunması üçün, münaqişələrin beynəlxalq hüquq, qəbul edilmiş normalar və prinsiplər əsasında həll edilməsi, ölkələrimizdə sabitlik, təhlükəsizliyin təmini üçün, gələcək nəsillərin sülh şəraitində yaşamalarının güclü əsasını qoymaqdan ötrü bu gün hər bir siyasi partiya da üzərinə düşən məsuliyyəti dərk etməlidir”, - deyə S.Fətəliyeva vurğulayıb.
Qeyd edək ki, İCAPP-ın 10-cu Baş Assambleyası öz işini oktyabrın 27-də yekunlaşdıracaq.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

