Milli Qurtuluş Günü dövlətçilik tariximizə şərəfli və qürurverici səhifə kimi daxil olub
14.06.2018 [09:10]
İyunun 13-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı, Səbail Rayon İcra Hakimiyyəti və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Milli Qurtuluş Gününə gedən yoldan bəhs edən videoçarx nümayiş etdirilib.
Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov çıxışında Milli Qurtuluş Gününün hər bir azərbaycanlı üçün əziz olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan bugünkü uğurlara məhz Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində nail olub. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uğurlu fəaliyyətləri nəticəsində ölkəmiz bu gün bütün dünyada tanınır.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev 1993-cü il iyunun 15-dən ötən dövrdə Azərbaycanın keçdiyi inkişaf yolundan, əldə olunan uğurlardan danışıb. O, 1993-cü ilin iyununda Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını şərtləndirən obyektiv və subyektiv faktorları və həmin dövrdə baş verən mürəkkəb prosesləri xronoloji ardıcıllıqla təhlil edib. Ş.Hacıyev yaranmış ağır vəziyyətdə xalqın təkidli tələbi ilə Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlməsinin Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də sosial-mədəni qurtuluşunun əsasını qoyduğunu bildirib. Müstəqil inkişaf tariximizin məhz 15 iyun tarixindən başladığını vurğulayan deputat qeyd edib ki, güclü strateq, görkəmli siyasi xadim və cəsarətli rəhbər olan Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Milli Qurtuluş Günündən başlayan inkişaf yolumuz 2003-cü ildən yeni liderin rəhbərliyi ilə yeni yüksəliş mərhələsinə qədəm qoydu. Məhz Prezident İlham Əliyevin müstəqil, cəsarətli və düşünülmüş siyasəti nəticəsində Azərbaycan bu gün dünya miqyasında öz mövqeyi və rolu olan, beynəlxalq əmək bölgüsündə öz layiqli yerini tutan, dünya gəlirlərindən pay alan, ən nəhəng transkontinental layihələri reallaşdıran, bu coğrafiya və bütün dünya üçün önəmli strateji tərəfdaş və iqtisadi aktordur.
Vurğulanıb ki, Azərbaycanda bu gün Heydər Əliyevin əbədiyaşar ideyaları və siyasəti uğurla davam edir, dünyada gedən proseslər nəzərə alınmaqla keyfiyyətcə təkmilləşdirilir. Bakı-Tbilisi-Qars dəmir yolunun, TANAP boru kəmərinin istifadəyə verilməsi, Cənub Qaz Dəhlizinin açılışı kimi möhtəşəm tədbirlər Prezident İlham Əliyevin siyasi təntənəsi olmaqla yanaşı, Azərbaycanın region və dünya üçün geoiqtisadi əhəmiyyətini daha da artırır. Əminik ki, Heydər Əliyev və İlham Əliyev siyasəti gələcəkdə Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq və ən ağrılı problemimiz olan ərazi bütövlüyümüz Ali Baş Komandanımızın müdrik rəhbərliyi ilə tezliklə bərpa ediləcək.
Tədbirdə çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputat Aydın Mirzəzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev dövlətçilik tariximizə şərəfli və qürurverici səhifə kimi daxil olmuş 15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıblar. Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycan yeni bir mərhələyə daxil oldu. Ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində ölkəmizdə mövcud olan gərgin ictimai-siyasi böhran aradan qaldırıldı, sabitlik və iqtisadi inkişaf təmin edildi. Böyük dövlət xadimi Heydər Əliyevin ictimai, siyasi, iqtisadi və mədəni həyatımızla bağlı ideyaları artıq Azərbaycanın gerçəkliyinə çevrilib. Ulu öndərin müəyyən etdiyi müdrik siyasi kurs və strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz sürətlə inkişaf edir.
Tədbir bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxMüsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31

