Nəsimi rayonunda “İlhamla irəli” devizi altında seçicilərlə növbəti görüş keçirilib
08.04.2018 [10:21]
11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında Qarabağ müharibəsi veteranları, onların ailə üzvləri, müharibə əlilləri və şəhid ailələri, o cümlədən Çernobıl faciəsinin və Əfqanıstan müharibəsinin veteranları ilə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı açaraq, Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlərdən bəhs edib.
“Aprel döyüşləri Azərbaycan xalqının, dövlətinin, ordusunun gücünü göstərən böyük qələbədir”, - deyən M.İbrahimqızı bildirib ki, 2016-cı il aprelin əvvəlində təmas xəttində işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına qarşı həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç bir zaman barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək. Bu, böyük qələbənin çox uğurlu başlanğıcıdır. Bütün xalqımız Prezidentimizin ətrafında sıx birləşib. O, bütün uğurların davamlı olması üçün hər kəsi 11 aprel seçkilərində partiyamızın Sədri, dövlət başçısı İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə həmçinin partiyanın Nəsimi rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Azərbaycan Vətən Müharibəsi Veteranları” Birliyinin sədri Füzuli Rzaquliyev, “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov, “Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyinin sədri Nəsimi Qarabağlı, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva və başqaları çıxış edərək qarşıdakı dövrdə ölkənin daha böyük uğurlara imza atması, xalqın rifahının daha da yaxşılaşdırılması, ölkəmizin beynəlxalq mövqelərinin daha da gücləndirilməsi istiqamətində hədəfləri seçicilərin diqqətinə çatdırıblar. Natiqlər seçiciləri 11 aprel 2018-ci il tarixində cənab İlham Əliyevə səs verməyə çağırıblar.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

