Xalq aprelin 11-də cənab İlham Əliyevi yenidən Prezident seçəcək
28.03.2018 [10:38]
YAP Nərimanov rayon təşkilatında seçicilərlə növbəti görüş keçirilib
11 aprel 2018-ci ildə ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında Nərimanov rayon seçiciləri ilə növbəti görüş keçirilib.
Görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, rayon ictimaiyyətinin nümayəndələri və fəal gənclər iştirak ediblər.
Tədbiri YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açaraq, Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı uğurlardan bəhs edib. T.Tağıyev bildirib ki, müasir dövlətimiz məhz bu siyasət nəticəsində inkişaf edir. O, Nərimanov rayon seçicilərini Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.
AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli çıxış edərək deyib ki, xalqımız prezident seçkisi üçün artıq özünün qəti seçimini edib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıdakı seçkilərdə Azərbaycan xalqının mütləq əksəriyyətinin vahid namizədidir. Xalqımız prezident seçkilərinə Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılmış yeniləşmiş möhtəşəm Azərbaycan boyda böyük hesabatla gedir. Müasir Azərbaycan haqqında hesabatın müəllifi Azərbaycan xalqının lideri İlham Əliyevdir. Ona görə də ölkənin və xalqımızın qarşıdakı prezident seçkilərinə gedərkən qəlbinin dərinliklərindən gələn yalnız bir qərarı vardır: İlham Əliyev! Uzaqgörən, müdrik və qədirbilən xalqımız növbəti dəfə də bu mühüm və qəti seçiminin böyük bəhrəsini görəcəkdir”.
Sonra çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev gənclərin bütün arzularının reallaşması istiqamətində davamlı və qətiyyətli siyasət yürüdür. Onun sözlərinə görə, Azərbaycan qısa müddətdə iqtisadi-siyasi cəhətdən regionun lider dövlətinə çevrilib, hərbi potensialımız olduqca yüksək səviyyədədir: “Vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər görülür, pensiyalar artırılır, yeni iş yerləri yaradılır. Artıq bütün dünya dövlətləri ölkəmizi yaxın tərəfdaş qismində qəbul edir. Bu uğurların davamı naminə hər bir Azərbaycan gənci 11 apreldə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verməlidir”.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək bildirib ki, YAP ümumxalq partiyasıdır və cənab İlham Əliyev 700 mindən çox üzvü olan bir partiyanın namizədidir. “Bu isə, əslində, Azərbaycan xalqı deməkdir”, - deyən Hikmət Babaoğlu söyləyib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşının rifahı, onun inkişafı, gələcəyi üçün uğurlu siyasət həyata keçirir. “Hər şeydən öncə cənab Prezident Azərbaycanda ictimai-siyasi sabitliyi təmin edib, ölkəmizin milli maraqlarını qoruya bilib, mürəkkəb tarixi bir mərhələdə ətrafımızda terror hadisələrinin, müharibələrin, xaosun baş verdiyi bir vəziyyətdə Azərbaycanı sabitlik adası kimi qoruyub saxlaya bilib. Eyni zamanda, ölkəmizi yüksək səviyyədə inkişaf etdirib və Azərbaycanda işsizliyin, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Həmçinin son 15 ildə Azərbaycanın regionları dinamik inkişaf edib, dövlətimiz region və dünya ölkələri sırasında çox mühüm bir tərəfdaşa çevrilib. Buna paralel olaraq cənab Prezident Azərbaycan Ordusunu da gücləndirib. Cənab İlham Əliyev Ali Baş Komandan kimi 2016-cı ilin aprel döyüşlərinə imza atıb. Bununla da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi hərbi-siyasi dönüşə nail olub. Beləliklə, sadalayacağımız çoxsaylı bu kimi uğurlar, əlbəttə ki, 11 aprel seçkilərində Azərbaycan xalqının seçimini müəyyənləşdirəcək və xalq öz alternativsiz lideri olan İlham Əliyevi yenidən Prezident seçəcək”, - deyə millət vəkili vurğulayıb.
Daha sonra iş adamı Xudu Rzayev və SOCAR AQŞ-nin əməkdaşı Anar Hacıyev çıxış edərək, hər zaman olduğu kimi bu seçki prosesində də fəal iştirak edəcəklərini və YAP tərəfindən irəli sürülmüş namizədi dəstəklədiklərini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39

