/ / YAP-ın yaranmasının 25-ci ildönümü münasibətilə Yevlax rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilib
YAP-ın yaranmasının 25-ci ildönümü münasibətilə Yevlax rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilib
09.11.2017 [01:35]
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25-ci ildönümü münasibətilə Yevlaxda silsilə tədbirlər davam edir. Bu silsilədən növbəti tədbir isə Yevlax rayon Mərkəzi Xəstəxanasında keçirilib.
Tədbiri giriş sözü ilə Səhiyyə məhəlli ilk partiya təşkilatının sədri Məhərrəm Gülməmmədov açıb. Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən və YAP-ın fəaliyyətindən bəhs edən videofilmin nümayişindən sonra Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Azər İsmayılov “Yeni Azərbaycan Partiyası sağlam gələcəyin təminatçısıdır” mövzusunda çıxış edib. Çıxışında YAP-ın 25 illik şərəfli tarixi barədə ətraflı məlumat verən Azər İsmayılov bu müddət ərzində müstəqil Azərbaycanın əldə etdiyi uğurlarda partiyanın özünəməxsus rolunun olduğunu deyib: “Məhz xalq arasında yüksək nüfuza malik olmasının nəticəsidir ki, hazırda YAP sıralarında 700 mindən çox üzv cəmləşib. Bu gün Heydər Əliyev ideyaları ölkəmizdə uğurla həyata keçirilir. Cənab Prezidentimiz İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi dünya miqyaslı layihələr Ulu öndər Heydər Əliyevin arzularının təzahürüdür. Ölkəmizdə bütün sahələrdə əldə edilən uğurlarda isə Yeni Azərbaycan Partiyasının rolu danılmazdır”.
Sonra çıxış edən YAP Yevlax şəhər təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova bildirib ki, tarixi zərurətdən yaranan YAP ümumxalq partiyası kimi bütün proseslərdə öndə olub: “Biz qadınlar olaraq 25 illik bir şərəfli yol keçmiş partiyanın üzvləri olmaqdan fəxarət hissi duyuruq. Bizim hər birimiz YAP-ın və onun Sədrinin yüksək qayğı və diqqətini daim öz həyatımızda hiss edirik”.
Çıxış edən YAP Yevlax şəhər təşkilatının sədr müavini, Aparat rəhbəri Əli Quliyev “xalqımızın Ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu bu partiyanın ideya və prinsiplərini hər bir Azərbaycan vətəndaşına, xüsusən də gənclərə təbliğ etmək bizim borcumuzdur. Çünki YAP xalqla dövlət arasında bir səmimiyyət körpüsüdür. Bizim partiya Azərbaycan xalqının arzularının ifadəçisidir”, - deyib.
Natiq qeyd edib ki, bu gün Azərbaycan xalqı birmənalı olaraq Yeni Azərbaycan Partiyasını və onun Sədri cənab İlham Əliyevi dəstəkləyir: “İnanırıq ki, xalq və rəhbər məhəbbətindən yaranan bu birlik bizi daim işıqlı, sağlam, xoşbəxt gələcəyə aparacaq”.
Xəbər lenti
Hamısına baxMüsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25

