YAP-ın 25 illik yubileyi münasibətilə 700 mindən artıq ağac əkiləcək
03.11.2017 [10:10]
Noyabrın 21-də ölkəmizin ictimai-siyasi həyatında xüsusi çəkiyə malik, Azərbaycanda hüquqi, demokratik vətəndaş cəmiyyəti quruculuğu proseslərində və bütövlükdə Azərbaycanın bugünkü möhtəşəm uğurlarında müqayisəsiz və əvəzsiz xidmətləri olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 ili tamam olur.
YAP-ın mətbuat xidmətindən Trend-ə verilən məlumatda qeyd olunur ki, partiyanın yaranmasının 25 illik yubileyi partiyada əsl bayram əhval-ruhiyyəsi fonunda müxtəlif xarakterli silsilə tədbirlərin keçirilməsi ilə qeyd olunur.
Bildirilir ki, partiyanın bütün yerli strukturlarında, rayon və şəhər təşkilatlarında 25 illik yubiley ilə əlaqədar müxtəlif formatda toplantı, görüş və diskussiyaların təşkili davam edir. Qadınların və gənclərin partiya və cəmiyyət həyatında, dövlət quruculuğu proseslərində mövqeyinin və iştirakının müzakirəsi və dəyərləndirilməsi məqsədi ilə YAP-ın Gənclər Birliyinin və Qadınlar Şurasının xətti ilə geniş toplantılar, müxtəlif xarakterli görüşlər təşkil edilir.
Kütləvi informasiya vasitələrində isə keçirilən “dəyirmi masa”larda cəmiyyətin ən müxtəlif təbəqələrinin nümayəndələrinin iştirakı ilə YAP-ın yaranmasını zəruri edən tarixi şərait, keçdiyi şərəfli yol, qazandığı nailiyyətlər bir daha nəzərdən keçirilir və müzakirə edilir.
Məlumatda qeyd olunur ki, YAP-ın yaranmasının 25 illik yubileyi ilə əlaqədar nəzərdə tutulan daha bir möhtəşəm tədbir “Hərəyə bir ağac əkək” kampaniyasının keçirilməsi ilə əlamətdar olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirilən “Hərəyə bir ağac əkək” kampaniyasına yaxın günlərdə təntənəli start veriləcək. Bu kampaniya Azərbaycanın hər bir bölgəsini əhatə etməklə, bütün yaşıllaşdırma mövsümü ərzində davam edəcək. 700 mindən artıq ağac və bəzək bitkisinin əkilməsini nəzərdə tutan bu möhtəşəm kampaniyanın əsas vəzifəsi ölkədə meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılması məqsədinə xidmət etməklə, eyni zamanda, insanların səfərbər edilməsi və həmrəyliyinin yüksəldilməsi anlamına töhfə vermiş olacaq.
Məqsədi və məramının qüdrətli, müstəqil və inkişaf etmiş Azərbaycan olan YAP-ın 25 il ərzində şərəfli bir yol keçdiyi xüsusi vurğulanan məlumatda qeyd olunur ki, banisi və qurucusu Ulu öndər Heydər Əliyev olan bu siyasi təşkilat bu gün cəmiyyətin bütün təbəqələrindən olan insanları öz ətrafında sıx birləşdirməkdədir. Bu gün YAP Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu daha da möhkəmləndirməkdədir. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə partiyanın mövqeyi və uğurları getdikcə daha da artmaqdadır. Ona görə də YAP-ın keçdiyi 25 illik şərəf və zəfər yolu, eyni zamanda, Azərbaycanın qələbələr, genişmiqyaslı islahatlar və sürətli inkişaf tarixi kimi dəyərləndirilməli və qeyd edilməlidir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

