YAP Zəngilan rayon təşkilatının IX konfransı keçirilib
02.11.2017 [10:09]
Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının IX konfransı keçirilib.
Abşeron rayonu Masazır qəsəbəsində Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdəki Mədəniyyət evində keçirilən konfransı YAP Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov açaraq geniş hesabat məruzəsi ilə çıxış edib. Ə.Hüseynov bildirib ki, hesabat dövründə YAP Zəngilan rayon təşkilatı öz fəaliyyətini partiya Nizamnaməsinin və Proqramının müddəalarının, Yeni Azərbaycan Partiyasının qurultaylarının qərarlarının, İcra Katibliyinin tapşırıq və tövsiyələrinin rəhbər tutulması əsasında tam dəqiqliyi ilə həyata keçirib. Hazırda rayonda 52 ərazi ilk partiya təşkilatı, 2035 nəfər üzvü vardır. Ötən konfransdan bu günə kimi YAP rayon təşkilatına 550 nəfər yeni üzv daxil olub ki, bunların da 330 nəfərini qadınlar, 220 nəfərini isə gənclər təşkil edir.
Sonra Nəzarət-Təftiş Qrupunun sədri Hidayət Həsənov qrupun fəaliyyəti barədə məlumat verib.
Konfransda rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov, YAP Zəngilan rayon təşkilatının sədr müavini Həsən Ələkbərov, YAP Zəngilan rayon təşkilatı Qadınlar Şurasının sədri Almaz Orucova, partiya rayon təşkilatının Gənclər Birliyinin sədri Şənlik Əliyev və başqaları məruzə ətrafında çıxış edərək rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə konfrans iştirakçılarını partiyanın yaranmasının 25 illik yubileyi münasibətilə təbrik edərək Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, keçdiyi inkişaf yolundan geniş söhbət açıb. V.Rəhimzadə YAP-ın 25 ildə keçdiyi tarixi yola nəzər salaraq bildirib ki, Azərbaycan xalqının tarixində çox mühüm rol oynayan bu hadisə ölkədə yeni ictimai-siyasi situasiyanın yaranmasının, dövlətçiliyimizin xilasının başlanğıcı oldu. Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu illər ərzində ölkə həyatında əhəmiyyətli dəyişikliklər müşahidə olunub və hər bir vətəndaşın yaşayış səviyyəsində ciddi irəliləyişlər baş verib. Bu gün qürur hissi ilə qeyd etməliyik ki, artıq Yeni Azərbaycan Partiyasının sıralarında 700 mindən çox vətəndaşımız birləşir.
YAP Siyasi Şurasının üzvü V.Rəhimzadə vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
YAP Siyasi Şurasının üzvü Misirxan Vəliyev YAP Zəngilan rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirərək partiyanın fəaliyyətindən, ölkəmizin sürətli inkişafından söz açıb.
Çıxış edən Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov qeyd edib ki, Ulu öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib.
Milli Məclisin deputatı İmamverdi İsmayılov bildirib ki, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən dövrdə şərəfli yol keçib, bu günün və gələcəyin ən böyük partiyasına çevrilib. İ.İsmayılov vurğulayıb ki, YAP Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir.
Sonra konfransda təşkilati məsələyə baxılıb. 30 nəfərdən ibarət Şura, 18 nəfərdən ibarət İdarə Heyəti və Nəzarət-Təftiş Qrupunun üzvləri seçiliblər. Nizami Mövsümov YAP Zəngilan rayon təşkilatının sədri seçilib.
Təşkilati məsələlərdən sonra çıxış edən YAP Zəngilan rayon təşkilatının yeni sədri Nizami Mövsümov ona göstərilən bu etimadı doğruldacağını bildirib.
Sonda ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

