Qaradağ rayonunda YAP-ın yaradılmasının 25-ci ildönümü münasibətilə növbəti tədbir keçirilib
18.10.2017 [10:15]
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25-ci ildönümü münasibətilə YAP Qaradağ rayon təşkilatı növbəti tədbirini Lökbatan qəsəbəsi 139 saylı tam orta məktəb üzrə ərazi ilk partiya təşkilatında keçirib. Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov əvvəlcə yubiley münasibətilə tədbir iştirakçılarını təbrik edib. YAP-ın yarandığı mürəkkəb şərait, ötən 25 ildə keçdiyi inkişaf yolu və əldə etdiyi uğurlar barədə geniş məlumat verən millət vəkili bildirib ki, YAP Azərbaycanın müstəqilliyinin ilk illərində yaşanmış mürəkkəb hadisələr fonunda xalqımızı və dövlətimizi xilas etmək, Azərbaycanı inkişaf etdirmək missiyası ilə yaradılıb. Ümummilli liderimiz, böyük dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin xilası və inkişafında müstəsna xidmətlər göstərib. Aydın Hüseynovun sözlərinə görə, partiyamızın fəaliyyəti xalqımız tərəfindən həmişə dəstəklənir və yüksək qiymətləndirilir. Bunun nəticəsidir ki, bu gün 700 min nəfərdən artıq üzvü öz ətrafında birləşdirən YAP ölkəmizin və regionun ən böyük siyasi təşkilatıdır.
Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası iqtidarda olduğu müddətdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib.
Tədbirdə çıxış edən ərazi ilk partiya təşkilatının sədri Marina Hüseynova, 139 saylı tam orta məktəbin direktoru İntizar İsmayılova, 139 saylı tam orta məktəbin müəllimləri - İlham Şamilov, Gülnarə Hüseynova, Xuraman Həsənova və digərləri Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirib, partiyanın gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31

