Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
12.10.2017 [10:12]
Qaradağ rayonunda YAP-ın yaradılmasının 25-ci ildönümü münasibətilə bu mövzuya həsr olunmuş konfrans keçirilib
Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25-ci ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda konfrans keçirilib. YAP Qaradağ rayon təşkilatının təşkilatçılığı ilə Dəniz Nəqliyyatı Gəmiqayırma və Liman işləri üzrə Bakı Dövlət Peşə Mərkəzi ərazi ilk partiya təşkilatında keçirilən konfransda çıxış edən Dəniz Nəqliyyatı Gəmiqayırma və Liman işləri üzrə Bakı Dövlət Peşə Mərkəzinin direktoru Şakir Hüseynov YAP-ın yarandığı mürəkkəb şəraitdən, müstəqilliyimizin ilk illərində xalqımızın və dövlətimizin üzləşdiyi problemlərdən, Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycanı bu ağır təlatümlərdən uğurla çıxarmasından danışıb. Natiq Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının öz sıralarında cəmiyyətin bütün təbəqələrini təmsil edən insanları birləşdirdiyini, partiyamızın Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətlərini qeyd edib.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov əvvəlcə YAP-ın 25 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Millət vəkili daha sonra YAP-ın ötən 25 ildə keçdiyi çətin və şərəfli yoldan danışıb. Aydın Hüseynov deyib ki, xalqa, vətənə, dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafa töhfələr verir. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası iqtidarda olduğu müddətdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Millət vəkili Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyə doğru inamla irəlilədiyini diqqətə çatdırıb: “Bu müddət ərzində Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına səbəb olub”.
Daha sonra tədbirdə YAP Qaradağ rayon təşkilatının üzvü İmran Şıxəliyev, 253 saylı tam orta məktəbin direktoru Rafiq Şaxverdiyev, 319 saylı tam orta məktəbin tarix müəlliməsi Nuranə Vəliyeva, Dəniz Nəqliyyatı Gəmiqayırma və Liman işləri üzrə Bakı Dövlət Peşə Mərkəzinin müəlliməsi Məlahət Nağıyeva, Dəniz Nəqliyyatı Gəmiqayırma və Liman işləri üzrə Bakı Dövlət Peşə Mərkəzinin 3-cü kurs tələbəsi Xalidə Məmmədova və digərləri çıxış edərək Yeni Azərbaycan Partiyasının 25 illik fəaliyyəti dövründə xalqımızın taleyüklü poblemlərinin həllində müstəsna xidmətlərindən danışıb, Ulu öndərin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə partiyanın gələcəyə doğru inamla irəlilədiyini diqqətə çatdırıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

