YAP Tərtər rayon təşkilatında Şura iclası keçirilib
04.10.2017 [09:44]
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı Şurasının növbəti iclası keçirilib. İclasda çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov öncə Şura üzvlərini gündəliklə tanış edib.
Çıxışına davam edən rayon təşkilatının sədri “bildiyiniz kimi, bu il Azərbaycan dövlətçiliyinin və xalqının həyatında önəmli rol oynayan Yeni Azərbaycan Partiyasının yaranmasının 25 ili tamam olur” deyib.
Sonra partiyanın yaranma tarixindən söhbət açan Ramiz Şabanov həmin illərin xalqımızın yaddaşında dərin izlər buraxdığını bildirib. Qeyd olunub ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev dərin düşünülmüş siyasəti, qətiyyəti və müdrik qərarları sayəsində Azərbaycanı düşdüyü böhranlı vəziyyətdən çıxara bilib, qısa müddətdə böyük uğurların qazanılmasında müstəsna xidmətlər göstərib, xalqın etimadını layiqincə doğruldub. Məhz bütün bunların nəticəsidir ki, Ulu öndərin yaratdığı və hazırda Prezident İlham Əliyevin Sədri olduğu YAP xalqın güvənc mənbəyinə çevrilib.
R.Şabanov əlavə edib ki, YAP-ın yaranmasının 25 illiyi ilə bağlı Tərtərdə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur: “Bu məqsədlə rayon təşkilatı tərəfindən tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən ərazi ilk partiya təşkilatlarında tədbirlərin, YAP Tərtər rayon təşkilatı Gənclər Birliyi və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə müxtəlif idman növləri üzrə yarışların təşkil olunaraq keçirilməsi, həmçinin oktyabrın 27-də rayon səviyyəsində təntənəli tədbirin keçirilməsi nəzərdə tutulub”.
İclasda çıxış edən Şura üzvlərindən Hicran Hüseynova, Məhəbbət Məmmədov, Səlimə Yusibova və başqaları bildiriblər ki, xalqa, vətənə, dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafa töhfələr verir. Natiqlər onu da vurğulayıblar ki, Ulu öndərin dediyi kimi, YAP dünənin, bu günün və sabahın partiyası olaraq hələ uzun illər Azərbaycan xalqının və dövlətinin gələcəyi naminə fəaliyyət göstərəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40

