/ / YAP Qaradağ rayon təşkilatının “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC üzrə ərazi ilk partiya təşkilatına yeni üzvlər qəbul olunub
YAP Qaradağ rayon təşkilatının “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC üzrə ərazi ilk partiya təşkilatına yeni üzvlər qəbul olunub
29.08.2017 [10:22]
Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC üzrə ərazi ilk partiya təşkilatında partiyaya yeni üzvlərin qəbulu keçirilib. Mərasimdə çıxış edən Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədr müavini Xaliq Məmmədov bir müddət əvvəl ərazi təşkilatının yaradıldığını və təşkilati işlərin sürətlə həyata keçirildiyini bildirib.
YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov çıxışında partiyanın keçdiyi zəngin siyasi fəaliyyətdən danışıb və Azərbaycanın çağdaş tarixində oynadığı roldan bəhs edib. Millət vəkili deyib ki, Ümummilli lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası əsrə bərabər şərəfli yol keçib, hazırda öz sıralarında 700 min nəfərə yaxın Azərbaycan vətəndaşını birləşdirən nəhəng siyasi qüvvəyə, bu günün və gələcəyin ən böyük partiyasına çevrilib. Aydın Hüseynov qeyd edib ki, Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub, yarandığı vaxtdan partiyamız siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir: “Bu, bundan sonra da davam edəcək, partiyamız Ulu öndərimiz, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ideyalarını yaşadacaq, Heydər Əliyev siyasi məktəbinin, Onun yolunun və ideyalarının davamçısı olacaq. Bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir”.
Yığıncaqda çıxış edən “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin İdarə Heyətinin sədri Əbülfət Qocayev ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin uğurlu nəticələrindən danışıb. O həmçinin Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlərin əhəmiyyətini, son bir neçə ildə bu sahədə əldə olunan nailiyyətləri diqqətə çatdırıb.
Daha sonra partiya üzvlərinə vəsiqələr təqdim olunub. Vəsiqələri Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Əbülfət Qocayev, millət vəkili Aydın Hüseynov, SC-nin sədr müavinləri Xaliq Məmmədov və Elşən Əsədov təqdim ediblər.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50

