/ / YAP-ın təşəbbüsü ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə görmə qabiliyyətini tam itirmiş insanların hərtərəfli tibbi müayinəsi təşkil olunub
YAP-ın təşəbbüsü ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə görmə qabiliyyətini tam itirmiş insanların hərtərəfli tibbi müayinəsi təşkil olunub
29.04.2017 [10:01]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə 3 saylı şəhər poliklinikasında görmə qabiliyyətini tam itirmiş insanların hərtərəfli tibbi müayinəsi təşkil olunub.
Aksiya çərçivəsində gözdən əlil insanlar elektrokardioqrafiya, ultrasəs, flyuoroqrafiya müayinəsindən keçirilib, həmçinin laboratoriya analizləri aparılıb. Bununla yanaşı, aksiyada iştirak edənlər terapevt, endokrinoloq, kardioloq, nevropatoloq, lor, kardio-revmatoloq, pediatr, cərrah profilli həkimlərin qəbulunda olub, müayinə edilib və müvafiq müalicə tədbirləri üçün istiqamətlər verilib. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev belə bir tədbirin akademik Zərifə xanım Əliyevanın doğum günündə təşkil olunmasının təqdirəlayiq hal olduğunu bildirib. Onun sözlərinə görə, YAP hər zaman bu tipli tədbirlər keçirməklə köməyə ehtiyacı olan insanlara qayğı göstərir: “Prezident İlham Əliyevin siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır. Dövlətimiz xüsusilə sosial müdafiəyə ehtiyacı olan insanlara qayğını diqqət mərkəzində saxlayır. Bu baxımdan, YAP-ın mütəmadi olaraq belə təşəbbüslərlə çıxış etməsi təqdirəlayiq haldır. Şübhəsiz ki, belə tədbirlər gələcəkdə də davam etdiriləcək”.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, akademik Zərifə xanım Əliyeva xeyirxah əməlləri ilə xalqımızın yaddaşında silinməz xatirələrlə yaşayır. Onun sözlərinə görə, Zərifə xanım Əliyeva xeyirxah və nəcib bir insan kimi ölkəmizin hər bir bölgəsində insanlar arasında olub. İnsanlara kömək və yardım etməyi özünün həyat amalı hesab edib: “Məhz onun fədakarlığı ilə o dövrdə çox geniş yayılmış traxoma və bir sıra göz xəstəliklərindən əziyyət çəkən insanlar tam müalicə olunaraq bu problem demək olar ki, ölkəmizdə tam aradan qaldırılıb. Zərifə xanımın əziz xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad olunur. YAP və strukturları da hər il xalqımızın ləyaqətli və fədakar qızı Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirir. Bu mənada hazırkı tədbir də böyük əhəmiyyət kəsb edir”.
Tədbirdə iştirak edən Milli Məclisin deputatları Kamaləddin Qafarov, İlham Məmmədov və Şahin İsmayılov belə bir aksiyanın önəmini vurğulayıblar.
Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Kərimov və müayinədə iştirak edən gözdən əlil insanlar göstərilən bu qayğıya görə YAP rəhbərliyinə minnətdarlıq ediblər.
Qeyd edək ki, 28-29 aprel tarixlərində keçirilən aksiya çərçivəsində 200-ə yaxın görmə qabiliyyətini tam itirmiş insanın tibbi müayinədən keçirilməsi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

