Azərbaycandakı etnik və dini tolerantlıq mühiti dünyaya nümunədir
25.05.2016 [10:17]
YAP Şəmkir rayon təşkilatında “Multikultural milli-mənəvi dəyərlər və gənclik” mövzusunda “dəyirmi masa” təşkil olunub
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatında “Multikultural milli-mənəvi dəyərlər və gənclik” mövzusunda “dəyirmi masa” təşkil olunub. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayon İcra Hakimiyyəti başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev və YAP rayon təşkilatının üzvü olan fəal gənclər iştirak ediblər. “Dəyirmi masa”nı YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq, ölkəmizdə multikulturalizm ənənələri haqqında məlumat verib. Qeyd edib ki, Ulu öndərin başlıca tövsiyələrindən olan multikultural ənənələrin inkişaf etdirilməsi insanların yaddaşında humanist dünyagörüşün formalaşmasında, gənc nəslin yüksək mənəvi dəyərlər əsasında tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.
Dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev bildirib ki, Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr edilmiş ümumi yığıncaqdakı nitqində multikulturalizmin Azərbaycanda dövlət siyasəti və eyni zamanda, ictimai sifariş olduğunu vurğulayıb. Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi dövlət başçısının bu sahədə apardığı siyasətin bariz nümunəsidir. Multikulturalizmin bir ideoloji məsələ kimi öyrənilməsi milli təfəkkürdə multikultural dəyərlərin yer alması və inkişafına, eyni zamanda, beynəlxalq imicimizin yüksəlməsinə müsbət təsir edəcək. Azərbaycan tarixi prosesin bütün mərhələlərində multikultural dəyərlərin yaşandığı coğrafi məkan kimi tanınıb.
Rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri Emin İsmayılov, Heydər Əliyev Mərkəzinin direktor müavini Fəxri Yusufov, Əhməd Cavad adına Mədəniyyət Evinin direktoru Tural Əliyev, rayon Statistika İdarəsinin müdiri Pərvin Gözəlov çıxış edərək, Prezident İlham Əliyevin Azərbaycanda çoxəsrlik tarixə malik multikultural dəyərlərin qorunmasını və inkişafını daim diqqət mərkəzində saxladığını bildiriblər. Çıxışlarda ölkəmizdəki etnik və dini tolerantlıq mühitinin dünyaya nümunə olduğu vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

