“BakuBus” MMC-də YAP ərazi ilk partiya təşkilatı yaradılıb
24.05.2016 [10:00]
Mayın 20-də “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı ümumi yığıncaq keçirilib. “BakuBus” MMC-nin Suraxanı rayonu, Zığ-Hövsan yolunda yerləşən 1 saylı inzibati binasında keçirilən iclasda YAP Suraxanı rayon təşkilatının və “BakuBus” MMC-nin rəhbərliyi, həmçinin “BakuBus” MMC-nin əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Etibar Quliyev partiyanın yaranma tarixi, inkişaf mərhələləri, ölkənin ictimai-siyasi həyatındakı müstəsna xidmətlərindən danışıb, Ümummilli lider Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib: “Yeni Azərbaycan Partiyasının yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirmiş, ümumxalq partiyası olduğunu təsdiqləmişdir”.
Eyni zamanda, Yeni Azərbaycan Partiyasının mütərəqqi milli dəyərləri, dünya sivilizasiyasının qabaqcıl nailiyyətlərini özündə əks etdirən, Azərbaycan reallıqlarını, xalqımızın tarixini, mədəniyyətini, adət-ənənələrini nəzərə alan, qanunların aliliyinə müstəqil, demokratik və Azərbaycan dövlətinin ərazi bütövlüyü uğrunda mübarizə aparan siyası partiya olduğu vurğulanıb.
Çıxış edən Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Aparat rəhbəri Fərman Rəsulov rayon təşkilatının tədbirlər planı barədə iclas iştirakçılarına geniş məlumat verib. Sonra “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin partiyaya yeni qəbul olunan əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib.
İclasın sonunda səsvermə yolu ilə “BakuBus” MMC-də YAP-ın ərazi ilk partiya təşkilatının sədri, sədr müavini və İdarə Heyətinin üzvləri seçilib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41

