“Multikultural dəyərlər və azərbaycançılıq”
13.05.2016 [09:50]
YAP Qadınlar Şurası partiyanın Sabunçu rayon təşkilatının qərargahında bu mövzuda tədbir keçirib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının qərargahında partiyanın Qadınlar Şurasının təşəbbüsü ilə “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva bildirib ki, multikultural dəyərlərin Azərbaycan modelinin təbliği istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, bu baxımdan YAP Qadınlar Şurasının sözügedən istiqamətdə reallaşdırdığı layihələr təqdirəlayiqdir.
Sonra çıxış edən YAP Qadınlar Şurasının sədr müavini, Milli Məclisin deputatı Sevinc Fətəliyeva mövzunun aktual olduğunu bildirib. O deyib ki, YAP Qadınlar Şurası bu mövzuda Bakı şəhəri ilə yanaşı, respublikanın regionlarında da tədbirlər keçirir. S.Fətəliyeva Azərbaycanın tolerantlıq məkanı olduğunu, bütün vətəndaşların əmin-amanlıq, mehribanlıq şəraitində yaşadığını bildirib. Onun sözlərinə görə, Azərbaycan mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir: “Bu səbəbdən də mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu istiqamətdə beynəlxalq forumların keçirilməsi üçün ideal yerdir. Azərbaycan Prezidenti İlham Əliyev multikulturalizmin ölkəmizdə bir həyat tərzi olduğunu bildirib. Eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xalqımızın tolerantlıq ənənələrinin dünyada təbliğ olunması baxımından mühüm tədbirlər keçirir”.
S.Fətəliyeva bildirib ki, bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində danışır, öz dini inanclarına uyğun ibadət edir, milli adət-ənənələrini yaşadır, heç bir ayrı-seçkiliklə üzləşmədən müxtəlif sahələrdə fəaliyyət göstərərək ümumi inkişaf prosesinə öz töhfələrini verirlər: “Bu da onun bariz göstəricisidir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir. Bu mənada, məzmunca multikultural dəyərlər Azərbaycanda tarix boyu mövcud olub”.
Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Sədaqət Qəhrəmanova bildirib ki, Azərbaycan cəmiyyəti multikultural cəmiyyətdir. Multikultural dəyərlərin hər bir ailədən başlandığını deyən S.Qəhrəmanovanın sözlərinə görə, bu dəyər bütövlükdə bəşəriyyət üçün böyük əhəmiyyət kəsb edir. YAP Siyasi Şurasının üzvü qeyd edib ki, Azərbaycanın dünyada sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Onun sözlərinə görə, respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı abidələrə də eyni yanaşma tətbiq olunur. O, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının ölkəmizdə yaşayan bütün xalqları vahid amal uğrunda birləşdirdiyini vurğulayıb.
Milli Məclisin deputatı Dilarə Cəbrayılova bildirib ki, bu gün ölkəmiz artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir. Onun sözlərinə görə, tolerantlıq və multikulturalizmin Azərbaycan modeli bütün dünyada böyük rəğbətlə və təqdirlə qarşılanır.
Tədbirdə həmçinin YAP Sabunçu rayon təşkilatı Qadınlar Şurasının sədri Ramidə İbrahimova, YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva, YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva, YAP Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədri Mehparə Mansırova və başqaları çıxış edərək mövzu barədə fikirlərini bildiriblər.
Qeyd edək ki, tədbirdə YAP-ın Sabunçu, Suraxanı, Xəzər və Pirallahı rayon təşkilatlarının qadınlar şuralarının üzvləri iştirak ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

