Məlahət İbrahimqızı: YAP İCAPP-da ən nüfuzlu və aparıcı partiyalardan biridir
16.03.2016 [09:53]
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı 11-14 mart tarixlərində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) insan alverinə qarşı mübarizə ilə əlaqədar təşkil etdiyi beynəlxalq konfransda iştirak etmək üçün Pakistanın paytaxtı İslamabad şəhərində səfərdə olub.
Konfrans haqqında məlumat verən M.İbrahimqızı bildirib ki, insan alverinə qarşı mübarizə bütün dünyada aktual məsələdir. Çünki insan alveri beynəlxalq miqyasda ən təhlükəli transmilli cinayətlərdən hesab olunur. “Silah qaçaqmalçılığı, narkotik dövriyyəsi və insan alveri ən təhlükəli transmilli cinayətlər hesab olunur. Bu məsələnin aktuallığını nəzərə alaraq İCAPP belə bir beynəlxalq konfrans keçirdi. Mən konfransda çıxış edərək Azərbaycanda insan alverinə qarşı mübarizə ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verdim. Qeyd etdim ki, Azərbaycanda bu yöndə ciddi problem yoxdur. Çünki Azərbaycanda intellektual cəmiyyət mövcuddur. İnsan alverinə qarşı mübarizə ilə əlaqədar dövlət tərəfindən ciddi tədbirlər görülür, bu yöndə güclü qanunvericilik bazası yaradılıb, Daxili İşlər Nazirliyi və digər strukturlar üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirirlər. Həmçinin Azərbaycan BMT-nin müvafiq konvensiyasına əlavə edilən Palermo protokolunu ratifikasiya edib. Eyni zamanda, ölkəmizin ərazisindən insan alveri məqsədilə tranzit kimi istifadə olunmasının qarşısı da qətiyyətlə alınır və bu yöndə Dövlət Miqrasiya Xidməti ilə Dövlət Sərhəd Xidmətinin fəaliyyəti xüsusi qeyd olunmalıdır”, - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.
Tədbirin Pakistan Senatında təşkil olunduğunu deyən M.İbrahimqızı bildirib ki, Senatda təmsil olunan hər üç partiya bu konfransa ev sahibliyi edirdi. Səfər çərçivəsində Pakistan Senatının sədri Mian Rza Rəbbani, Senatın üzvü Müşahid Hüseyn Səid və digər partiyaların nümayəndələri ilə görüşdüyünü söyləyən M.İbrahimqızı qeyd edib ki, görüşlərdə Azərbaycanla Pakistanın strateji müttəfiq olduğu, Prezident İlham Əliyevin bu ölkə ilə əlaqələrə böyük önəm verdiyi xüsusi vurğulanıb. Eyni zamanda, Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi layihələr təqdir olunub.
M.İbrahimqızı bildirib ki, YAP İCAPP-da ən nüfuzlu və aparıcı partiyalardan biridir. Onun sözlərinə görə, partiyamızın fəaliyyəti bu təşkilatın rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir.
Xəbər lenti
Hamısına baxElm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

