Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüş keçirilib
03.02.2016 [09:33]
Fevralın 2-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “İdarəetmədə islahatlar və gənclik: Gənclər Milli Məclisdə” layihəsi çərçivəsində parlamentdə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini Bahar Muradova görüşdə çıxış edərək ölkəmizdə 2 fevral - Gənclər Gününün artıq uzun illərdir qeyd edildiyini söyləyib. Bildirilib ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyinin gündəlik həyatı və perspektivləri, taleyi çox böyük təhdidlərlə, çağırışlarla üz-üzə qalmışdı. Məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, qısa müddətdə Azərbaycanın bütün potensialını bir araya gətirməsi mövcud problemlərin həllində xüsusi rol oynadı. Bütün işlər Azərbaycanın gələcəyi və gəncliyi üçün görülürdü. O dövr Azərbaycana siyasi, iqtisadi, hərbi sahələrdə qoyulan kapital gəncliyi qorumaq, inkişaf etdirmək, gənclərin ictimai həyata inteqrasıyasını sürətləndirməyə xidmət edirdi.
Bahar Muradova bu gün gənclərin Azərbaycanın güclü dayaqlarından birinə çevrildiyini deyib. O, ölkədə gənclik adına görülən bütün işlərin Azərbaycan dövlətinin mənafeyinə və maraqlarına xidmət etdiyini söyləyib. Vurğulayıb ki, bu səbəbdən 2 fevral - Gənclər Günü təkcə gənclərin deyil, eyni zamanda, Azərbaycan xalqının, dövlətinin bayramıdır.
Milli Məclis sədrinin müavini bildirib ki, Azərbaycanda gənclərin bütün istiqamətlərdə fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradılıb: “Bu gün gənclərimiz dövlətdə və cəmiyyətdə öz yerini müəyyən ediblər. Artıq gənclər proseslərin ardınca deyil, önündə getməyə başlayıblar. Gəncliyə qoyulan kapital öz səmərəsini verir. Bu gün Milli Məclisdə gənclərin çoxluq təşkil etməsi danılmaz faktdır. Getdikcə gənclik ictimai-siyasi həyatın mərkəzində əsas fiqura çevrilməkdədir. Biz parlamentdə bir çox məsələlərdə çoxillik müdrik təcrübəyə və nəzəri biliklərə əsaslanan gəncliyin səsini eşitməkdəyik. YAP Gənclər Birliyi isə Azərbaycan cəmiyyətində fəaliyyət göstərən ən öncül, ən aparıcı hissədir”.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycanda hər il təntənə ilə qeyd olunan Gənclər Gününün ölkə gənclərinə Ulu öndər Heydər Əliyevin hədiyyəsi olduğunu söyləyib. Bildirilib ki, bu gün Azərbaycan gəncliyinin əldə etdiyi nailiyyətlərdən çox danışmaq olar. Bugünkü gəncliyin bu səviyyəyə çatması heç də təsadüfi deyil. Tarixə qısaca nəzər salanda görürük ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda gənclər hərəkatından söhbət gedə bilməzdi. Gənclərimiz təhsil hüququndan kənar qalmışdılar. Gənclər təşkilatlarından ümumiyyətlə söhbət gedə bilməzdi. Gənclər pərakəndə vəziyyətdə idilər, onlar hər hansı siyasi qrupların və yaxud da hansısa birləşmələrin maraqlarına uyğun fəaliyyət göstərirdilər. Lakin Ulu öndərin hakimiyyətə qayıdışından sonra bu sahədə böyük işlər görülməyə başlandı. İlk dəfə olaraq gənclərlə işləyəcək mərkəzi icra hakimiyyəti orqanı yaradıldı. Gənclər fəaliyyətinin, gənclər siyasətinin hüquqi əsasları, təməlləri düzgün qoyulmağa başlandı. Ondan sonra forumların keçirilməsi, gənclərin dövlət idarəetmə orqanlarında, seçkili orqanlarda önə çəkilməsi onlara stimul verdi.
Görüşdə Azərbaycanda əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib. Qeyd edilib ki, 2003-cü ildən başlayaraq gənclər siyasəti yeni bir müstəviyə qədəm qoyub. Həmin ildən başlayaraq bir neçə dövlət proqramı həyata keçirilib.
Digər çıxış edənlər ölkəmizdə dövlət gənclər siyasəti sahəsində görülən işlərdən, gənclərə göstərilən diqqət və qayğıdan söz açıblar. Bildirilib ki, Ümummilli lider Heydər Əliyev daim gənclərə böyük qayğı göstərib, onların kamil şəxsiyyət kimi yetişməsinə xüsusi önəm verib. Azərbaycanda hər zaman gənclərin yaxşı yaşamaları, təhsil almaları, normal əmək fəaliyyəti göstərmələri üçün müxtəlif dövlət proqramları həyata keçirilib. Bu gün də Azərbaycan dövlətinin siyasətində gənclərlə iş prioritet istiqamətlərdən biridir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43

