YAP Prezident İlham Əliyevin rəhbərliyi altında daim inkişaf edir
20.11.2015 [10:07]
Partiyanın yaranmasının 23-cü ildönümü münasibətilə Salyan rayonunda tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23-cü ildönümü münasibətilə Salyan rayonunda geniş tədbir keçirilib. Rayon İcra Hakimiyyəti başçısı Tahir Kərimov, millət vəkilləri Əliağa Hüseynov, Fəzail Ağamalı, eləcə də rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbirin iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidənin önünə gül dəstələri qoyulub.
Daha sonra tədbiri giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov tədbir iştirakçılarını partiyanın yaranmasının 23-cü ildönümü münasibətilə təbrik edib. Ötən 23 il ərzində YAP-ın şərəfli yol keçdiyini deyən R.Cəbrayılov 1990-cı illərin əvvəlində Azərbaycandakı siyasi vəziyyətdən danışıb. Bildirib ki, 1991-1993-cü illər ərzində hakimiyyətdə olan səriştəsiz qüvvələrin yanlış siyasəti ölkədə xaos və hərc-mərcliyin yaranmasına yol açdı, Azərbaycanın dövlət müstəqilliyi itirilmə təhlükəsi ilə qarşı-qarşıya qaldı. Natiq qeyd edib ki, məhz həmin dövrdə Azərbaycan xalqı ölkəmizin xilası üçün Ulu öndər Heydər Əliyevə üz tutdu. 91 ziyalının imzası ilə YAP-ın yaradılması və Ümummilli liderin bu siyasi təşkilata rəhbərlik etməsi ilə bağlı müraciəti Ulu öndər Heydər Əliyev müsbət cavabladı. Ulu öndər Heydər Əliyevin yaratdığı YAP müasir Azərbaycanın inkişafının əsas dəstəkçisinə çevrildi. R.Cəbrayılov bildirib ki, partiyamız hər zaman milli maraqların keşiyində dayanıb və Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edir.
Daha sonra çıxış edən millət vəkili Əliağa Hüseynov qeyd edib ki, YAP-ın yaranması tarixi zərurətdən irəli gəlib. Bildirilib ki, bu gün YAP nəinki bölgənin, eyni zamanda, regionun ən mütəşəkkil siyasi təşkilatıdır: “İnanıram ki, gənc nəsil Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident Əliyev tərəfindən uğurla davam etdirilən, özündə milli maraqlarımızı ehtiva edən siyasi kursun ətrafında birmənalı şəkildə birləşəcək və dövlətimizin daha da inkişaf etməsi üçün var gücü ilə çalışacaq. Prezidentimizin rəhbərliyi ilə nail olduğumuz uğurlar davam edəcək və bizlər də dayanmamalıyıq, ildən-ilə daha böyük uğurlar üçün çalışmalı, Prezidentimizin ətrafında sıx birləşməliyik”.
Çıxış edən millət vəkili Fəzail Ağamalı bildirib ki, YAP yarandığı illərdə ölkəmiz dərin siyasi-iqtisadi böhran içində idi. Cəmi 23 il ərzində Azərbaycan dövlətinin bugünkü inkişafı ilə hər kəsi təəccübləndirdiyini söyləyən F.Ağamalı qeyd edib ki, bu nailiyyətlərə müharibə şəraitində olan bir dövlətin imza atması böyük uğurdur: “Bu gün yaranmasının 23-cü ildönümü qeyd edilən YAP-ın ölkəmizin inkişafında müstəsna xidmətləri var. Mən əminəm ki, Ulu öndər Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti daha böyük uğurlara imza atacaq”.
Tədbirdə çıxış edən Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov tədbir iştirakçılarını təbrik edib. YAP-ın yarandığı dövrün siyasi keşməkeşlərə təsadüf etdiyini vurğulayan T.Kərimov bildirib ki, YAP qurulmasından cəmi bir neçə ay sonra iqtidar partiyasına çevrildi. 1993-cü ilin iyun ayında ölkədə yaranan vətəndaş qarşıdurmasının pik nöqtəyə çatdığını söyləyən rayon İcra Hakimiyyətinin başçısı deyib ki, xalqımız ölkəni düşdüyü bu dərin böhrandan yalnız Heydər Əliyevin xilas edəcəyini bilərək ayağa qalxdı və Ulu öndərin yenidən hakimiyyətə qayıtmasını tələb etdi: “Xalqımız bilirdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı düşdüyü bu çətin vəziyyətdən çıxaracaq yeganə şəxsiyyətdir. Məhz Ulu öndərimiz vətəndaş müharibəsinin qarşısını aldı. Sonrakı dövrdə Ulu öndər Heydər Əliyev ölkəmizdə siyasi sabitliyin bərqərar olmasına nail oldu. Milli Konstitusiyamızın qəbulu isə ölkədə hüquqi dövlət quruculuğu prosesinin daha da inkişaf etdirilməsinə zəmin yaratdı. İmzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının, qüdrətli gələcəyinin qarantına çevrildi. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın tarixində 10 il ərzində 50 ildən artıq bir dövrün işini gördü, dövlətimizi gücləndirdi. Bu gün isə Ulu öndərimizin siyasətini uğurla davam və inkişaf etdirən, müasir dövlətçiliyimizin yeni mərhələsinin başlanğıcını qoymuş möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət milli maraqlarımızın qorunmasına, ölkəmizin daha da güclənməsinə xidmət edir. Bütün Azərbaycan xalqı inanır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti ölkəmizi daha böyük qələbələrə aparacaq, daha da firavan gələcəyə daşıyacaq”.
Daha sonra partiyaya qəbul olunan yeni üzvlərə partiya vəsiqələri təqdim olunub. Tədbir geniş konsert proqramı ilə davam etdirilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

