Sevinc Hüseynovanın seçicilərlə görüşü keçirilib
16.10.2015 [10:11]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) 103 saylı Gədəbəy Seçki Dairəsindən deputatlığa namizədi Sevinc Hüseynovanın təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşü keçirilib. Rayonun Slavyanka kəndində keçirilən görüşdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının Aparat rəhbəri Zaur Mehdiyev noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə bağlı məlumat verib. Qeyd edilib ki, xalqımız hər zaman YAP-a etimad göstərib.
Tədbirdə çıxış edən YAP-ın 103 saylı Gədəbəy Seçki Dairəsi üzrə deputatlığa namizədi Sevinc Hüseynova bildirib ki, respublikamızın bütün rayonlarında olduğu kimi, Gədəbəydə də geniş quruculuq işləri həyata keçirilir. S.Hüseynova deyib ki, ölkəmizin inkişafına təkan verən uzunmüddətli islahatlar proqramı Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına olan inam və etibarının daha da möhkəmlənməsinə yol açıb: “Xüsusi olaraq qeyd etmək istəyirəm ki, partiyamızın artan nüfuzunun başlıca səbəblərindən biri də məhz güclü sosial dayaqlarının olmasıdır. Xalqımız dəyişiklikləri, sosial vəziyyətin yüksəlməsini öz həyatında hiss edir. Əgər mənə etimad göstərilərsə, mən də fəaliyyətimi partiyamızın proqramı çərçivəsində, müddəalarında əks olunan məsələlərin daha da inkişaf etdirilməsi istiqamətində quracağam”.
Daha sonra çıxış edən namizədin vəkilləri, eləcə də seçicilər bildiriblər ki, xalqımız Yeni Azərbaycan Partiyasına inanır, bu partiyanın irəli sürdüyü namizədlərə etimad göstərir. Vurğulanıb ki, indiyə qədər keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyası parlaq qələbələr əldə edib. Tədbirdə Gədəbəy seçicilərinin də bu seçkilərdə YAP-ın namizədlərinə səs verəcəklərinə əminlik ifadə edilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31

