Gədəbəy seçiciləri YAP-ın namizədlərini dəstəkləyirlər
15.10.2015 [10:19]
Noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. 104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsindən YAP-ın namizədi Rafiq Məmmədhəsənovun Gədəbəy rayonu Çobankənd və Novoivanovka kəndlərində seçicilərlə görüşü baş tutub.
Tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının aparat rəhbəri Zaur Mehdiyev qarşıdan gələn parlament seçkiləri ilə bağlı məlumat verib. Bütün seçiciləri noyabrın 1-də səs verməyə çağıran Z.Mehdiyev son illərdə ölkəmizdə aparılan uğurlu iqtisadi-sosial inkişaf siyasətindən danışıb. Son illər Gədəbəy rayonunda aparılan yenidənqurma işlərindən bəhs edən Z.Mehdiyev YAP-ın bu inkişaf prosesinə mühüm dəstək verdiyini bildirib. Onun sözlərinə görə, bu gün ölkəmizdə həyata keçirilən siyasi kurs vətəndaşlarımızın sosial rifahının yüksəlişinə istiqamətlənib. Z.Mehdiyev xalqımızın hər zaman YAP-a etimad göstərdiyini önə çəkərək 104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsindən YAP-ın namizədi olan Rafiq Məmmədhəsənovun millət vəkili kimi ötən beş ildəki fəaliyyətindən bəhs edib.
Çıxış edən 104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsindən YAP-ın namizədi Rafiq Məmmədhəsənov seçicilərə təşəkkürünü bildirib. Gədəbəy camaatının hər zaman dövlətçiliyə sədaqətli olduğunu diqqətə çatdıran R.Məmmədhəsənov vətəndaşların seçkidə fəal iştirakının ölkəmizin sabahı naminə vacib bir şərt olduğunu önə çəkib: “Mən inanıram ki, xalqımız öncəki seçkilərdə olduğu kimi bu dəfə də YAP-ın namizədlərinə etimad göstərəcəklər. Ölkə Prezidentinin imzaladığı və regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirib. Bu gün ölkəmizdə bütün sahələr paralel şəkildə inkişaf edir. Bu yolu davamlı etmək üçün xalqımız dövlətçiliyin keşiyində dayanan YAP-ın namizədlərinə etimad göstərməlidir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13

