Goranboy ictimaiyyətinin seçimi YAP-ın namizədi Ağalar Vəliyevdir
14.10.2015 [10:53]
Yeni Azərbaycan Partiyası tərəfindən 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Ağalar İsrafil oğlu Vəliyevin izdihamlı görüşləri keçirilib
Noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi davam edir. Öz növbəsində, qatıldığı bütün seçkilərdə parlaq qələbələr qazanan və ümumxalq partiyası kimi xarakterizə edilən Yeni Azərbaycan Partiyası (YAP) təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.
Yeni Azərbaycan Partiyası tərəfindən 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Ağalar İsrafil oğlu Vəliyevin Goranboy rayonunun Səfikürd, Tap Qaraqoyunlu, Boluslu və Gürzalılar kəndlərində seçicilərlə görüşləri keçirilib.
Görüşləri YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov giriş sözü ilə açaraq qeyd edib ki, müstəqillik tariximizdə özünəməxsus yer tutan Yeni Azərbaycan Partiyası bu günə qədər keçirilən bütün seçkilərdə möhtəşəm nailiyyətlər əldə edib. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətinin YAP-a və onun irəli sürdüyü namizədlərə inamı sonsuzdur: “Partiyamız tərəfindən namizədliyi irəli sürülmüş Ağalar Vəliyev öz fəaliyyəti ilə nümunə olan, ölkə miqyasında müsbət imici və səmərəli işi ilə fərqlənən ictimai-siyasi xadimlərdəndir. Diqqətinizə çatdırmaq istəyirəm ki, Ağalar Vəliyev 2003-ci ildə Ümummilli liderimiz Heydər Əliyev ilə rayonun Aşağıağcakənd qəsəbəsində qaçqınlar üçün tikilmiş yaşayış evlərinin açılışında olmuşdur. Həmçinin rayona Murovdağdan çəkilmiş içməli suyun açılış mərasimində iştirak etmişdir. Hər iki tikintinin aparılmasında onun xidmətlərini vurğulamaq istəyirəm”.
Daha sonra Ağalar Vəliyevin vəkilləri Şahin Allahverdiyev və Məzahir Zeynalov onun tərcümeyi-halı və əmək fəaliyyəti barədə geniş məlumat veriblər. Bildirilib ki, 2010-cu ilin noyabrında Ağalar Vəliyev Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizəd kimi 11 saylı Qaradağ Seçki Dairəsindən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. O, parlamentin İqtisadi siyasət komitəsinin, Avstriya, Belarus, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub və Azərbaycan-Slovenya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2010-cu il tarixli Sərəncamı ilə Ağalar Vəliyev “Əməkdar mühəndis” fəxri adına layiq görülüb və dövlət başçısının 10 aprel 2012-ci il tarixli Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunub.
Daha sonra seçici Eyyub Eyyubov bildirib ki, Goranboy seçicisinin seçimi məhz YAP-ın namizədidir: “Goranboy rayonunun uzun illər içməli suyu olmayıb. Ağalar Vəliyevin töhfəsi ilə Murovdağdan rayonun 17 kəndinə içməli su çəkilib, rayonun kanalizasiya sistemi yenidən qurulub. Artıq rayon əhalisinin Ağalar müəllim haqqında geniş məlumatı var. Biz öz seçimimizi etmişik. Noyabrın 1-də Ağalar Vəliyevə yekdilliklə səs verəcəyik”.
Seçici Aftandil Ocaqverdiyev isə YAP tərəfindən namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin işgüzar, nüfuzlu bir şəxs, eyni zamanda, Milli Məclisin işində xüsusi fəallıq nümayiş etdirmiş bir deputat kimi gördüyü işlərdən məlumatı olduğunu qeyd edib: “Ümumiyyətlə, ölkəmizdə həyata keçirilən inkişaf siyasəti, Azərbaycanın dünya miqyasında uğurla təmsil olunması qürur və məmnunluq doğurur. Seçimimiz Yeni Azərbaycan Partiyasının namizədi Ağalar Vəliyevdir”.
Rayonun Gürzalılar kənd ağsaqqalı Cahangir Əliyev və Vəlyəddin Əmiraslanov çıxış edərək Ağalar Vəliyevin rayon ictimaiyyəti tərəfindən yaxşı tanındığını diqqətə çatdırıblar. Bildirilib ki, Goranboy seçicisi daim inkişaf və sabitliyi seçərək Yeni Azərbaycan Partiyasına səs verib və bundan sonra da belə olacaq.
Yeni Azərbaycan Partiyası tərəfindən 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Ağalar Vəliyev seçicilər qarşısında çıxış edərək öncə diqqətə çatdırıb ki, ölkəmizdə həyata keçirilən çoxşaxəli inkişaf siyasəti bütün sahələrin paralel tərəqqisini təmin edib: “Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkəmizdə müasir dövrün tələbləri və qanunauyğunluqlarına müvafiq olaraq uğurlu sosial-iqtisadi siyasət həyata keçirilir. Həyata keçirilən sosial siyasətin nəticələri hər bir Azərbaycan vətəndaşının həyatında hiss edilir. Bu siyasətin davamlı olacağı şübhəsizdir”.
A.Vəliyev əlavə edib ki, Azərbaycanın sürətli inkişafında, ölkəmizdə hökm sürən davamlı ictimai-siyasi sabitliyin mühafizə olunmasında Yeni Azərbaycan Partiyasının özünəməxsus rolu var: “Təsadüfi deyil ki, YAP ümumxalq partiyası kimi səciyyələndirilir və qatıldığı bütün seçkilərdə parlaq qələbələr qazanır. Bu, Azərbaycan ictimaiyyətinin partiyamıza olan inam və etimadından irəli gəlir”.
Ağalar Vəliyev Yeni Azərbaycan Partiyası tərəfindən növbəti dəfə namizədliyinin irəli sürülməsinin böyük iftixar olduğunu bildirərək qeyd edib ki, “əgər seçilərəmsə, seçicilərimin etimadını doğruldacağam”.
A.Vəliyev seçicilərinin hər birini seçki günündə məntəqələrə gələrək YAP-ın namizədinə səs verməyə çağırıb.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

