YAP hər zaman xalqın dəstəyinə arxalanır
14.10.2015 [10:33]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatı partiyanın 104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsindən deputatlığa namizədi Rafiq Məmmədhəsənovun təbliğat-təşviqat kampaniyası çərçivəsində tədbir keçirib. Rayonun Qaraməmmədli və Novosaratovka kəndlərində reallaşan tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının Aparat rəhbəri Zaur Mehdiyev keçiriləcək parlament seçkiləri ilə bağlı məlumat verib. Natiq ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi-sosial siyasətin bölgələrdə daha çox hiss olunduğunu önə çəkib. Gədəbəy rayonunun timsalında da görülən işlərin yüksək səviyyədə olduğunu bildirən Z.Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq işlərinin davamlı olacağına əminliyini ifadə edib.
Tədbirdə çıxış edən YAP-ın 104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsi üzrə deputatlığa namizədi Rafiq Məmmədhəsənov bildirib ki, respublikamızın bütün rayonlarında olduğu kimi, Gədəbəydə də sistemli islahatlar həyata keçirilir: “Ölkəmizin inkişafına təkan verən uzunmüddətli islahatlar proqramı Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına olan inam və etibarının daha da möhkəmlənməsinə yol açıb. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, partiyamızın artan nüfuzunun başlıca səbəblərindən biri də məhz güclü sosial dayaqlarının olmasıdır. Xalqımız dəyişiklikləri, sosial vəziyyətin yüksəlməsini öz həyatında hiss edir”.
Daha sonra çıxış edən namizədin vəkili Nizami Vəliyev bildirib ki, xalqımız Yeni Azərbaycan Partiyasına inanır, bu partiyanın irəli sürdüyü namizədlərə etimad göstərir. Vurğulanıb ki, indiyə qədər keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyası parlaq qələbələr əldə edib. N.Vəliyev Gədəbəy seçicilərinin də yeni hədəflərə, yüksək inkişafa, təminatlı gələcəyə səs verəcəklərinə əminliyini ifadə edib.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

