Beyləqan seçiciləri YAP-ın namizədinə səs verəcəklər
13.10.2015 [09:56]
Partiyanın 81 saylı Beyləqan Seçki Dairəsindən parlament üzvlüyünə namizədi Şahin İsmayılovun seçicilərlə görüşündə yüksək fəallıq və izdiham müşahidə edilib
Məlum olduğu kimi, noyabrın 1-də ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Oktyabrın 9-da isə namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Və bütün seçkilərdə olduğu kimi, bu dəfə də Yeni Azərbaycan Partiyası (YAP) öz fəallığı ilə fərqlənir. Belə ki, kampaniyaya start verilən andan ilk olaraq məhz YAP-ın namizədlərinin portretləri seçki məntəqələrində müəyyən olunmuş müvafiq yerlərdə asılıb. Eyni zamanda, bu fəallıq seçicilərlə görüşlərdə də xüsusi olaraq nəzərə çarpır.
Elə YAP-ın 81 saylı Beyləqan Seçki Dairəsindən parlament üzvlüyünə namizədi İsmayılov Şahin Əmir oğlunun kampaniya çərçivəsində oktyabrın 10-da rayonun Örənqala və Günəşli kəndlərində, oktyabrın 12-də isə Yuxarı Aran və Yeni Mil qəsəbələrində seçicilərlə görüşlərində də yüksək fəallıq və izdiham müşahidə edilib.
Görüşləri giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Rəfail Pəsiyev hakim partiyanın seçkilərə hazırlığı və rayon təşkilatının bu məqsədlə gördüyü işlər barəsində məlumat verib. Natiq bildirib ki, hazırda təşviqat kampaniyasına start verilib və partiyanın namizədləri yerlərdə seçicilərlə görüşürlər: “Bilirsiniz ki, YAP-ın bu seçkilərdə də irəli sürdüyü namizədlər Azərbaycan dövlətçiliyinin inkişafında, partiyamızın möhkəmlənməsində və qüdrətlənməsində, xalqımızın sosial rifah halının yaxşılaşdırılmasında müstəsna xidmətləri olan, cəmiyyətimiz tərəfindən yüksək hörmət və ehtiramla qarşılanan, nüfuzlu insanlardır. Ona görə də YAP bu şəxslərə böyük etimad nümayiş etdirərək, onların namizədliyini irəli sürüb. 81 saylı Beyləqan Seçki Dairəsindən isə partiyamızın İdarə Heyətinin qərarına əsasən, İsmayılov Şahin Əmir oğlunun namizədliyi irəli sürülüb”.
Sonra namizədin tərcümeyi-halı barədə geniş məlumat verən R.Pəsiyev deyib: “Biz beyləqanlılar hər zaman Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa, partiyamızın qərarlarına böyük dəstək vermişik. Mən inanıram ki, bu seçkilərdə də partiyamızın qərarına dəstək verəcək və Şahin İsmayılova səs verəcəyik”.
Daha sonra çıxış edən YAP-ın 81 saylı Beyləqan Seçki Dairəsi üzrə namizədi Şahin İsmayılov ilk olaraq, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlarından danışıb. O deyib ki, müasir Azərbaycan dövlətinin banisi, Ulu öndər Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb: “Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasət nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb”.
“Biz bu inkişafın uğurlu nəticələrini regionlarımızda daha aydın müşahidə edirik və həmin inkişafdan Beyləqan rayonuna da pay düşüb”, - deyən natiq həmçinin “Təbii ki, bütün bu inkişafın əldə olunmasında, dövlətçiliyimizin möhkəmlənməsində YAP-ın xidməti və rolu inkarolunmazdır. Daim dövlətçiliyimizə xidmət edən, vətəndaşlarımızın daha da yaxşı yaşamasına təminat verən qərar və proqramların qəbul olunmasında birbaşa iştirak edən YAP, eyni zamanda, əldə olunan uğurlarla kifayətlənmir, daim yeni hədəflərə doğru irəliləyir. Heç də təsadüfi deyil ki, YAP bu seçkilərə “Yeni hədəflərə doğru!” şüarı ilə qatılır” sözlərini əlavə edib.
Özünün Milli Məclis üzvlüyünə seçiləcəyi təqdirdə görəcəyi işlər barəsində də danışan Şahin İsmayılov vurğulayıb ki, yalnız və yalnız dövlətimizin, xalqımızın, seçicilərin mənafeyi naminə fəaliyyət göstərəcək, partiyamızın siyasi baxışlarına uyğun olaraq addımlar atacaq, xalqımızın daha da yaxşı yaşamasına xidmət edən qanunların qəbulunda fəal rol alacaq.
Eyni zamanda, görüşlərdə çıxış edən Örənqala kəndinin ağsaqqalı Hacı Əli, kənd sakini Nazir Quliyev, kənd sakinləri Fazil Rüstəmov, Şəfa Əliyev, Tanrıverdi Qəhrəmanov, Günəşli kənd sakini Vaqif Əhmədov, həmçinin Yuxarı Aran qəsəbəsinin sakini Kifayət Abbasova, Yeni Mil qəsəbəsinin sakinləri Bakir Əliyev, Elxan Əliyev və başqaları çıxış edərək, partiyamızın gənc və perspektivli namizədi Şahin İsmayılovu dəstəklədiklərini, Azərbaycanın daha da güclənməsi üçün yeni hədəflərə doğru gedən YAP-ın namizədinə səs verəcəklərini bəyan ediblər.
Sonda isə Şahin İsmayılov seçicilərin suallarını cavablandırıb, onların rəy və təkliflərini dinləyib.
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

