Laçınlılar Mahir Abbaszadəyə səs verəcəklər
13.10.2015 [09:52]
Mahir Abbaszadə: YAP-ın etimadını doğruldacağıma, sizlərin verəcəyiniz səslərə layiq olacağıma söz verirəm
Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 121 saylı Laçın Seçki Dairəsindən namizədliyi irəli sürülən Abbaszadə Mahir Tapdıq oğlu seçicilərlə görüşə start verib. Bu barədə qəzetimizə YAP Laçın rayon təşkilatının Seçki Qərargahından məlumat verilib. Məlumatda deyilir ki, təbliğat-təşviqat kampaniyası çərçivəsində laçınlı seçicilərlə ilk görüşlər Sumqayıt şəhər Sarıqaya massivində və Sumqayıt şəhər 2-ci mikrorayonda baş tutub.
Laçın rayonundan olan ziyalıların, ictimaiyyət nümayəndələrinin, Qarabağ müharibəsi veteranlarının iştirak etdiyi görüşləri açıq elan edən YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli öncə Mahir Abbaszadə haqqında seçicilərə geniş məlumat verib. Rayon təşkilatının sədri həmçinin “Mən sizlərin və öz adımdan Mahir Abbaszadəyə bu şərəfli yolda uğurlar arzu edirəm. İnanıram ki, namizədimiz sizlərin etimadını qazanacaq və qarşıda duran məsələlərin hər birinin öhdəsindən layiqincə gələcək” deyib.
O, seçiciləri fəal olmağa və noyabrın 1-də parlament seçkilərində məntəqələrə gedərək, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədə səs verməyə çağırıb.
Sonra söz alan Mahir Abbaszadə öncə öz platforması haqqında ətraflı məlumat verib. Seçicilər qarşısındakı çıxışını davam etdirərək “YAP yarandığı gündən bu günədək azərbaycançılıq ideologiyası və müstəqillik prinsipi ilə böyük uğurlar əldə edib və bu yol bundan sonra da eyni ideologiya və prinsip əsasında yeni hədəflərə doğru davam etməkdədir” - deyən Mahir Abbaszadə bu partiyanın üzvü olduğu üçün şərəf duyduğunu bildirib. Natiq partiyanın ölkəmizin inkişafı istiqamətindəki fəaliyyətindən də danışaraq, bu istiqamətdə onun üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmək üçün çalışacağını deyib: “Mənim üçün həm şərəf, həm də məsuliyyətdir ki, regionun ən güclü partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülübdür. Mən YAP-ın etimadını doğruldacağıma, sizlərin verəcəyiniz səslərə layiq olacağıma söz verirəm və əminəm ki, bundan sonrakı dövrdə də birlikdə böyük nailiyyətlər əldə edəcəyik”.
Görüşdə çıxış edən YAP Yasamal rayon təşkilatının fəal üzvü, tarix elmləri doktoru, professor Şikar Qasımov isə deyib ki, “respublikamızın 59 rayonunda bizim laçınlılar yaşayır: “Biz Laçına, laçınlılara verilən qiyməti burada görürük. Ona görə də inanıram ki, Mahir Abbaszadə öz fəaliyyətində laçınlı qürurunu, saflığını və s. qoruyub saxlaya biləcək”.
Görüşdə həmçinin şəhid ailəsi Azad Məmmədov, Qarabağ əlili Murad Eyvazov, rayon ziyalıları Akif Həsənov, Qəzənfər Hüseynov, Murad Hüseynov, Aygün Kərimova və digərləri çıxış edərək bildiriblər ki, noyabrın 1-də parlament seçkilərində hamılıqla məntəqələrə gedərək, ən layiqli namizəd olan Mahir Abbaszadəyə səs verəcəklər.
Nadir
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42

