YAP Sumqayıt şəhər təşkilatının Seçki Qərargahı seçkilərə ciddi hazırlaşır
21.08.2015 [10:00]
YAP tərəfindən irəli sürüləcək namizədlərin xeyrinə imza toplayacaq partiya fəallarına treninq keçirilib
Noyabrda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca seçkiyə hazırlıqla bağlı yerlərdə görülən işlər də intensivləşir. Müstəqil Azərbaycan tarixində keçirilən bütün seçkilərdə qələbə əldə edən Yeni Azərbaycan Partiyasının (YAP) yerli təşkilatlarında yaradılan seçki qərargahları yüksək fəallıqla seçkiyə hazırlaşırlar.
YAP Sumqayıt şəhər təşkilatı da qarşıdan gələn parlament seçkilərinə hazırlıqla bağlı fəaliyyətin birinci mərhələsinə start verib. 21 nəfər üzvdən ibarət seçki qərargahı qarşıdakı mərhələlərlə bağlı mütəmadi müzakirələr aparır, treninqlər keçirir.
Vurğulamaq lazımdır ki, Sumqayıt şəhərinin inzibati ərazisi üzrə dörd Seçki Dairəsi fəaliyyət göstərir. 33 seçki məntəqəsindən ibarət olan 41 saylı Sumqayıt 1-ci Seçki Dairəsinin 43081, 38 seçki məntəqəsindən ibarət 42 saylı Sumqayıt 2-ci Seçki Dairəsinin 41950, 34 seçki məntəqəsindən ibarət 43 saylı Sumqayıt 3-cü Seçki Dairəsinin 42915, 29 seçki məntəqəsindən ibarət 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsinin isə 41750 seçicisi var.
Yeri gəlmişkən, dünən YAP Sumqayıt şəhər təşkilatının Seçki Qərargahı Sumqayıt şəhərində yerləşən dairələr üzrə irəli sürüləcək partiya namizədlərinin xeyrinə imza toplayanlara treninq keçirib. Çıxış edən şəhər təşkilatının sədri Asif İmaməliyev bildirib ki, YAP Sumqayıt şəhər təşkilatında yaradılan Seçki Qərargahı var qüvvəsi ilə iş başındadır: “İmza toplayacaq qruplar artıq hazırlanıb. Mərkəzi Aparatın tövsiyələrinə uyğun olaraq, müşahidəçilərimiz, məşvərətçilərimiz üçün treninqlər keçiririk. Bütün görülən işlər parlament seçkilərinin hər zaman olduğu kimi, demokratik və şəffaf keçirilməsinə yaxından yardım etmək məqsədi daşıyır. Azərbaycan bu gün istər demokratik prinsiplərə sadiqliyi, istərsə də hüquqi dövlət quruculuğu istiqamətində böyük nailiyyətlər əldə edib. Bu nailiyyətlərin arxasında əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasi kurs dayanır”.
Çıxış edən Seçki Qərargahının üzvləri Vaqif Ələkbərov, Səkinə Sadıqova, Rahib Abbasov, Nizami Namazov, Orucəli Allahverdiyev də qarşıdan gələn seçki prosesinin uğurla başa vurulması istiqamətində fikirlərini bölüşüblər.
Qeyd edək ki, Seçki Qərargahında prosesə ciddi hazırlıq gedir. Seçki Qərargahının üzvü Arifə Abdullayeva bildirib ki, YAP Sumqayıt şəhər təşkilatı Mərkəzi Seçki Qərargahının tapşırıq və tövsiyələrinə əsasən və qəbul edilmiş təqvim planına uyğun öz işini qurur. A.Abdullayeva vurğulayıb ki, bu mühüm işdə partiya üzvü olan qadınlar da böyük fəallıq nümayiş etdirirlər. O, partiyamızın noyabrda keçiriləcək parlament seçkilərində də qələbə qazanacağına inamını ifadə edib.
YAP Sumqayıt şəhər təşkilatı Seçki Qərargahının üzvü Elvin Məmmədzadə bildirib ki, gənclər seçki prosesinə olduqca aktiv şəkildə qoşulublar. Onun sözlərinə görə, YAP üzvü olan gənclər partiyamızın növbəti qələbəsinin əldə edilməsində bütün güclərini səfərbər edəcəklər.
Qərargah üzvü Vəzirxan Ənsərov bildirib ki, namizədlərin xeyrinə imza toplayanlar artıq dəqiqləşdirilib və şəhərdə 4 Seçki Dairəsi üzrə 40 təcrübəli partiya fəalı bu mühüm işə cəlb edilib. Qərargah üzvləri arasında iş bölgüsünün aparıldığını söyləyən V.Ənsərov bütün fəaliyyətin Mərkəzi Aparatın tapşırıqlarına əsasən qurulduğunu önə çəkib.
Pərviz
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

