YAP Səbail rayon təşkilatının İdarə Heyətinin və Şurasının birgə iclası keçirilib
19.06.2015 [09:41]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının İdarə Heyətinin və Şurasının birgə iclası keçirilib. İclası açan YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev gündəlikdə duran məsələlər haqqında məlumat verib. O, rayon təşkilatının bütün fəaliyyətində Heydər Əliyev ideyalarına söykəndiyini bildirib. Ş.Hacıyev qeyd edib ki, bütün ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın milli maraqlarını daim üstün tutub. Təşkilat sədri qeyd edib ki, Azərbaycanın inkişafı prosesində YAP fəal şəkildə iştirak edib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni inkişaf mərhələsinə qədəm qoyub.
Ş.Hacıyev əlavə edib ki, ilk Avropa Oyunlarının möhtəşəm açılışı və uğurla davam etməsi Azərbaycan dövlətinin qələbəsidir: “Bununla da, Azərbaycan Avropa üçün yeni standartlar müəyyən edir. Ümumiyyətlə, ilk Avropa Oyunları təkcə idman tədbiri kimi əhəmiyyət kəsb etmir. Onun daha geniş bir önəmi var. Bu hadisə gənclərimizin sağlam həyata marağını daha da artıracaq, pis vərdişlərdən uzaqlaşdıracaq. Yaradılan idman infrastrukturu uzun illər xalqımızın, xüsusilə, gənc nəslin istifadəsində olacaq. Ölkəmizdə idmanın inkişafı cəmiyyətimizin inkişafına, xalqımıza xidmət edir. Oyunların açılış mərasimi ilə bütün dünya şahid oldu ki, Azərbaycan xalqı böyük xalqdır”.
“Bu gün Azərbaycan dünyanın tarixini yazır. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi məhz tarix yazmaq deməkdir”, - deyən Ş.Hacıyev bildirib ki, hazırda Azərbaycan dünyada söz sahibi olan ölkəyə çevrilib. Onun sözlərinə görə, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsində bu amil də vacib rol oynayır. “Həqiqətən, Azərbaycan inkişafının yüksək mərhələsini yaşayır. Bu gün Azərbaycan transmilli layihələrin müəllifidir, kredit alan ölkədən kredit verən ölkəyə çevrilib. Hazırda yeni çağırışlar var, ölkədə bilik iqtisadiyyatı cəmiyyəti formalaşır. Neft kapitalı insan kapitalına çevrilir. Biz bu çağırışlara cavab verməliyik”, - deyə Ş.Hacıyev vurğulayıb.
Daha sonra gündəlikdəki məsələlər müzakirə olunub. Ş.Hacıyev YAP Səbail rayon təşkilatının X konfransının yekunları barədə məlumat verib. Konfransın yüksək səviyyədə keçirildiyini deyən sədr rayon təşkilatının bütün fəaliyyətində daim yüksək nəticələr əldə etməyə çalışacaqlarını vurğulayıb.
İclasda, həmçinin, YAP Səbail rayon təşkilatının Şura üzvləri arasında vəzifə bölgüsü müəyyənləşdirilib. Təşkilat sədrinin birinci müavini Muxtar Nağıyev isə YAP Səbail rayon təşkilatının fəaliyyətinin əsas prioritetləri haqqında məlumat verib. Qeyd olunub ki, prioritetlər sırasına Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin siyasətinin təbliğ olunması, Heydər Əliyev irsinin öyrənilməsi və təbliğ olunması üçün rayon təşkilatında kursların təşkil edilməsi, YAP İcra Katibliyinin tövsiyələrinə lazımi səviyyədə əməl olunması və s. daxildir.
İclasda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Sədaqət Qəhrəmanova rayon təşkilatının fəaliyyətinə uğurlar arzulayıb. O qeyd edib ki, təşkilatın fəaliyyət prioritetləri vacib məsələləri əks etdirir. S.Qəhrəmanova çıxışında ilk Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətindən də bəhs edib.
YAP Səbail rayon təşkilatı İdarə Heyətinin üzvü, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev təşkilatın yeni heyətinə fəaliyyətlərində uğurlar arzulayıb. O qeyd edib ki, iclasın gündəliyindəki məsələlər aktualdır. B.Quliyev YAP Səbail rayon təşkilatının indiyə qədər olduğu kimi bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini bildirib. O, həmçinin, təşkilatın fəallarının rəhbərlik etdiyi mətbuat orqanında çıxış etmələri üçün bütün imkanların olduğunu diqqətə çatdırıb.
İclasda daha sonra bir sıra ilk ərazi partiya təşkilatlarından daxil olmuş müraciətlərə baxılıb. Eyni zamanda, yeni yaradılmış “339 saylı oxu zalı” ərazi ilk partiya təşkilatı təsdiqlənib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

