“İlk Avropa Oyunlarına sən də qoşul!”
03.06.2015 [09:10]
YAP Gənclər Birliyi və “İki sahil” qəzetinin birgə təşkilatçılığı ilə bu mövzuda keçirilən layihə çərçivəsində toplantıda Oyunların Azərbaycanın idman həyatında, ümumilikdə beynəlxalq nüfuzunda hansı izləri qoyacağına bir daha nəzər salınıb
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində YAP Gənclər Birliyinin və “İki sahil” qəzetinin birgə təşkilatçılığı ilə “İlk Avropa Oyunlarına sən də qoşul!” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov Gənclər Birliyinin İlk Avropa Oyunları ilə əlaqədar həyata keçirdiyi layihələrdən geniş bəhs edib. Bildirib ki, bu tədbir də həmin layihələrin tərkib hissələrindəndir. Azərbaycanın uğurları fonunda Avropa Oyunlarına gənclərin gözü ilə baxış ölkəmizin gələcəyinə baxışdır. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən Ulu öndər Heydər Əliyev bildirirdi ki, Azərbaycan gəncliyi müstəqillik yolumuzun hansı çətinliklərdən keçdiyi barədə dolğun məlumatlara malik olmalı, tariximizi dərindən öyrənməli, davamlı inkişafa dəstək olmalıdır. Bu gün Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın qarşısında yeni-yeni imkanlar açmaqla, gənclərimizin daha səylə çalışmalarına stimul verir.
S.Orucov Avropa Oyunlarına hazırlıq işləri zamanı gənclərimizin fəallığına söykənərək, bu fikri inamla ifadə edib ki, dünyanın diqqətini ölkəmizə yönəldən bu mühüm idman bayramının keçirildiyi günlərdə gənclərimiz Azərbaycan reallıqlarının təbliğatçısı kimi daha fəal olacaq, bir daha həqiqətlərimizi beynəlxalq aləmə təqdim edəcəklər.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, dünyanın diqqəti növbəti dəfə Azərbaycana yönəlir. Artıq hər gün, hər həftə ənənəyə çevrilən beynəlxalq tədbirlərə ev sahibliyi etmək Azərbaycan üçün böyük uğurdur. “Bakı-2015” birinci Avropa Oyunları dünya idman tarixində möhtəşəm səhifə olacaq. Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etmək qüdrətində olduğunu uğurlarının fonunda dünyaya nümayiş etdirir.
Bu gün ilk Avropa Oyunlarına hazırlıqlar, eyni zamanda, 2016-cı ildə Dünya Şahmat Olimpiadasına, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına, 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək dörd ölkədən biri olan Azərbaycanın nüfuzunun artmasına böyük stimul olduğunu bildirən Vüqar Rəhimzadə onu da diqqətə çatdırıb ki, Azərbaycanın bu gün əldə etdiyi uğurlar, beynəlxalq aləmdəki nüfuzu Ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsidir. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Ulu öndər Heydər Əliyevin idman siyasətinin təntənəsi kimi dəyərləndirilir: “Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur. İdmançılarımızın qələbəsi zamanı müstəqil Azərbaycanın himni səslənir, bayrağımız yüksəklərə qaldırılır və dünyanın müxtəlif ölkələrində tanınırıq. Bütün fəaliyyəti ilə Ulu öndər Heydər Əliyevin siyasi kursunun, zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən möhtərəm Prezidentimiz İlham Əliyevin idman sahəsinə diqqəti də atdığı biri-birindən əhəmiyyətli addımlardan daha aydın görünür”.
V.Rəhimzadə qeyd edib ki, ilk Avropa Oyunlarının keçirilməsinə sayılı günlər qalıb. Bu mühüm tədbir ölkəmizdə idmanın inkişafına bir baxış olmaqla yanaşı, Azərbaycan beynəlxalq nüfuzunun təqdimatı kimi də dəyərləndirilir. Bu, eyni zamanda dünya birliyində Azərbaycanın iqtisadi gücünün, siyasi nüfuzunun çox böyük göstəricisidir. Azərbaycana olan inamın təsdiqidir. Azərbaycanın bütün sahələrdə uğurunun nümunəsidir. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbulunda təbii ki, ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı, müasir idman infrastrukturuna malik olması, ən əsası sürətli, dinamik inkişafı mühüm rol oynayıb. Müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovşağında yerləşən Azərbaycan keçirdiyi biri-birindən əhəmiyyətli tədbirlərlə özünün Qərblə Şərqin arasındakı körpü rolunu daha da möhkəmləndirir, xalqlar, dövlətlər arasında əməkdaşlıq, həmrəylik əlaqələrinə öz töhfəsini verir. Dövlətimizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, ilk Avropa Oyunları dostluq, əməkdaşlıq, həmrəylik bayramı olacaq.
Sonra YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü, YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri Ramiz Yusubov, YAP Gənclər Birliyinin ofisinin əməkdaşı Ümid Abuzərli, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, “İki sahil” qəzetinin əməkdaşı Ceyhun Piriyev, YAP Gənclər Birliyi ofisinin fəalı Gülnar Quliyeva, YAP Gənclər Birliyi ofisinin əməkdaşı Fərid Nəsibov, həmçinin, YAP Gənclər Birliyinin üzvləri Elnarə Əliyeva, Xuraman Vəkilova, Nigar Qasımova, Arzu Xəlilova, Həbibə Abbasova, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin üzvləri Aysel Ağayeva və Elnurə Cəfərzadə çıxış edərək, ilk Avropa Oyunlarının birlik, həmrəylik bayramı kimi tarixə qızıl hərflərlə yazılacağını bildiriblər. Qeyd olunub ki, gənclərimiz bu birliyə öz töhfələrini vermək üçün səylərini daha da artırmalıdırlar.
Sonda YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə gənclərə uğurlar diləyib, bu kimi layihələrin gənclərin bir araya gəlməsində, fikir mübadiləsi aparmalarında, gələcəyə baxışlarında əhəmiyyətli rol oynadığını, YAP Gənclər Birliyinin bu istiqamətdə tədbirlərinin davamlı olmasından məmnunluq hissi keçirdiyini diqqətə çatdırıb. Bir daha qeyd olunub ki, ilk Avropa Oyunları Azərbaycanın gücünün, qüdrətinin, imkanlarının təqdimatı olacaq, dövlətimizin başçısı İlham Əliyevin böyük inam və qətiyyətlə söylədiyi “Bakı-2015” idman tarixində yeni maraqlı səhifə açacaq” fikirləri reallığa çevriləcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25

