Gənclər ölkə həyatının bütün sahələrində fəal qüvvəyə çevriliblər
03.04.2015 [10:11]
YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin hesabat konfransı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin (GB) hesabat-seçki konfransı keçirilib. Konfransda YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad ediblər. Konfransı giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev bildirib ki, Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi: “Sevindirici haldır ki, bu gün də ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev gənclərə xüsusi diqqət və qayğı göstərir. İstər sosial, istər mədəni-maarif, istərsə də digər sahələrdə gənclərə qayğı həmişə ön plana çəkilir”.
K.Mirzəyev vurğulayıb ki, bu gün Azərbaycan gəncliyi ölkə Prezidenti İlham Əliyevə inanır və dünyada gedən bütün ictimai-siyasi hadisələrdə daim dövlət başçısını dəstəkləyir.
Sonra YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin sədri Kamil Qurbanlı hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində görülən işlərlə bağlı məlumat verib. Məruzə ətrafında Heydər Əliyev Mərkəzinin direktoru Səyalə Şahbazova, rayon mədəniyyət şöbəsinin işçisi, gənc partiya üzvü İsgəndər Şirəlizadə, Yuxarı Ağalı kənd ümumi orta məktəbinin müəllimi Aqil Bəşirov çıxış edərək hesabatı qənaətbəxş qiymətləndiriblər.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə respublikamızda gənclər üçün yaradılan böyük imkanlardan və yüksək şəraitdən danışaraq gəncliyin artıq siyasi cəhətdən formalaşaraq yetkinləşmiş səviyyədə olduğunu diqqətə çatdırıb. Müasir Azərbaycan dövlətinin banisi, Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan danışan V.Rəhimzadə bildirib ki, bu gün ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyevin gənclərə verdiyi önəm bütün ictimai-siyasi proseslərdə onların fəal iştirakını təmin edib: “Bu gün regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının 650 min nəfərə yaxın üzvü var. Onların 40 faizdən çoxunu məhz gənclər təşkil edir. Bu yüksək göstəricidir və ondan xəbər verir ki, Yeni Azərbaycan Partiyasının rəhbərliyi gənclərə nə qədər böyük önəm verir”.
YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov konfransda çıxış edərək ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən qayğıdan ətraflı söhbət açıb.
Konfransda çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətinin uğurlu nəticələri gənclərin ictimai-siyasi tərbiyəsində mühüm rol oynayır. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin gənclərə gündəlik diqqət və qayğısını xüsusi qeyd edən M.Quliyev ölkəmizdə yaranmış siyasi sabitlik və iqtisadi inkişaf sahəsində əldə olunmuş nailiyyətlərin məhz dövlətimizin başçısı İlham Əliyevin səmərəli və yorulmaz fəaliyyəti sayəsində mümkün olduğunu diqqətə çatdırıb.
Sonra təşkilati məsələlərə baxılıb və Aqşin Bağırov YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin sədri, Fuad Xammədov və Səbinə Hüseynzadə isə sədrin müavinləri seçiliblər. Konfransda, həmçinin, YAP Biləsuvar rayon təşkilatı GB-nin 21 nəfərdən ibarət Şurası, 9 nəfərdən ibarət İdarə Heyəti müəyyənləşib. Eyni zamanda, YAP Gənclər Birliyinin IV konfransına 2 nəfər nümayəndə seçilib.
Sonda konfrans iştirakçıları adından ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37

