Azərbaycanlı gənclər erməniləri susdurdular
30.03.2015 [09:37]
YAP Gənclər Birliyinin üzvləri Gürcüstanda keçirilən “Cənubi Qafqazın gənc siyasətçilər Forumu”nda iştirak ediblər
27-29 mart tarixlərində Gürcüstanın Kutaisi şəhərində Azərbaycandan da 15 nəfərdən ibarət nümayəndə heyətinin qatıldığı “Cənubi Qafqazın gənc siyasətçilər Forumu” keçirilib. Forumda Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının işçisi Məmmədbağır Məmmədov, YAP Gənclər Birliyi ofisinin rəhbəri Əli Pənahov, ofisin əməkdaşı Ümid Abuzərli, Ümid Partiyasından Paşa Çıraqov, Həcər Abbaslı, Demokratik İslahatlar Partiyasından Nərmin Şamilova, Müsavat Partiyasından Səxavət Soltanlı, Milli Dirçəliş Hərəkatı Partiyasından Çoşqun Dadaşov və Vətəndaş Həmrəyliyi Partiyasından Samir Əsədlinin çıxışları olub.
YAP Gənclər Birliyi ofisinin rəhbəri Əli Pənahov “Cənubi Qafqazda partiyalararası əməkdaşlıq” mövzusunda çıxış edərək deyib ki, müasir beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti olan Azərbaycan səmərəli daxili və xarici siyasət kursuna malikdir: “Daxili siyasətin mühüm istiqamətlərindən biri demokratik təsisatların təkmilləşdirilməsi və siyasi sistemin mütəmadi inkişafına malik olmaqdır. Bu sırada siyasi partiyaların səmərəli fəaliyyət mexanizmi formalaşdırması xüsusi yer tutur”.
Ölkədə siyasi sistemin təkmilləşdirilməsi kontekstində Yeni Azərbaycan Partiyasının fəaliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyini deyən Ə.Pənahov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin yaradıcısı olduğu YAP-ın böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə nəinki ölkə daxilində aparıcı, lider institutdur, eyni zamanda, geniş beynəlxalq əlaqələrə malik olan, beynəlxalq müstəvidə güclü və nüfuzlu siyasi qüvvə kimi tanınır: “Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkə sərhədləri ilə məhdudlaşmır və müxtəlif ölkələrin aparıcı siyasi partiyaları YAP-la əməkdaşlığa və əlaqələrin möhkəmlənməsinə xüsusi əhəmiyyət verirlər”.
O, həmçinin, bildirib ki, Cənubi Qafqaz regionunun ən böyük siyasi partiyası olan YAP çoxşaxəli beynəlxalq əlaqələrə malikdir: “YAP-ın beynəlxalq əlaqələri mütəmadi olaraq genişlənir və birmənalı şəkildə dövlətin milli maraqlarına xidmət edir. Bu münasibətlərin inkişaf dinamikası, xarakteristikası və miqyasına nəzər saldıqda aydın olur ki, hakim YAP bir neçə istiqamətdə beynəlxalq əlaqələrini inkişaf etdirir. Partiyamız həm Avropanın, həm də Asiyanın müxtəlif siyasi təşkilatları ilə geniş əməkdaşlıq münasibətlərinə malikdir. Bu kontekstdə Mərkəzçi Beynəlxalq Demokratlar Təşkilatı, Avropa Xalqları Partiyası ilə geniş əlaqələrə malik olan Yeni Azərbaycan Partiyası həm də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) çərçivəsində səmərəli fəaliyyət göstərir. Bundan başqa, YAP-ın təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə müxtəlif konfrans və forumların keçirilməsi, partiyanın Gənclər Birliyinin nümayəndələrinin Avropanın gənclər təşkilatlarının müxtəlif forumlarında uğurla təmsil olunmaları kimi amillər də çoxşaxəli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfələr verir. YAP Qadınlar Şurasının həm ölkədaxili, həm də beynəlxalq qadın hərəkatının tərkib hissəsi kimi sərgilədiyi mövqe isə təqdirəlayiqdir”.
YAP GB Ofisinin əməkdaşı Ümid Abuzərli isə “Sosial media və elektron hökumət partiyaların siyasətində” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edilib ki, son illər Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının, eləcə də, söz və fikir azadlığının inkişafı, dünyaya inteqrasiya və qloballaşma prosesinin sürətlənməsi cəmiyyətin bütün sahələrində olduğu kimi elekton hökmət, eləcə də, media sahəsində yeni yanaşmaların olmasını tələb edir: “Elektron hökumət və ya “e-hökumət” - hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni, hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil-təsərrüfat idarəsi ilə məktəbə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər”.
Ü.Abuzərli əlavə edib ki, “E-hökümət” layihəsi Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər) əsasən işlənib hazırlanıb və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir: “Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin, öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutur, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır”.
Daha sonra müzakirələr çərçivəsində Ermənistan nümayəndə heyətinin üzvləri tərəfindən mövzudan kənar çıxışlar olub. Onların yalan ittihamlarına və ərazi iddialarına Azərbaycan gəncləri tərəfindən tutarlı arqumentlərlə cavab verilib və susdurulub.
Qeyd edək ki, ümumilikdə tədbirdə Azərbaycan, Gürcüstan, Ukrayna və Ermənistandan 50 nəfər nümayəndə iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49

