Azərbaycanın müstəqilliyinin qorunmasında YAP-ın xidmətləri danılmazdır
19.12.2014 [09:17]
Tərtər rayonunun Qaradağlı, Xoruzlu, Cəmilli və Dəmirçilər kənd bələdiyyələrinə YAP tərəfindən irəli sürülmüş namizədlərlə görüş keçirilib
Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) təbliğat-təşviqat kampaniyası Tərtərdə də uğurla davam edir. Belə ki, təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Qaradağlı və Xoruzlu kənd bələdiyyələrinə YAP tərəfindən irəli sürülmüş namizədlərlə görüş keçirilib.
Hər iki kənddə tədbiri YAP Tərtər rayon təşkilatı Aparatının rəhbəri, partiyanın səlahiyyətli nümayəndəsi Kamil Məmmədov açaraq partiyanın fəaliyyət göstərdiyi 22 illik dövrdə gördüyü işlərə diqqət çəkib. O bildirib ki, YAP Ümummilli lider Heydər Əliyev tərəfindən ölkə tarixinin mürəkkəb dövründə yaradılıb. Kamil Məmmədov onu da deyib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti nəticəsində vətəndaşların sosial rifah halı daha da yaxşılaşıb, insanlar gələcəyə optimist baxırlar: “Yeni Azərbaycan Partiyası ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində böyük işlər görüb. Hazırda dünyanın inkişaf etmiş, demokratik prinsiplərə sadiq, hüquqi dövlətlər sırasında mühüm yeri olan Azərbaycanın müstəqilliyinin qorunmasında və inkişaf etdirilməsində YAP-ın xidmətləri danılmazdır. YAP Azərbaycan dövləti ilə paralel fəaliyyət göstərib, inkişaf edib. Bu baxımdan da əldə olunan bütün nailiyyətləri həm də partiyanın uğurları kimi qeyd etmək lazımdır”.
Görüşlərdə YAP Tərtər rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri, həmçinin, Qaradağlı kəndində Novruz İbrahimov, Elbrus Məmmədov, Alı Binnətov, Xoruzlu kəndində Şəhriyar Allahverdiyev, Emin Mahmudov və başqaları çıxış ediblər. Natiqlər seçiciləri fəallıq göstərməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.
Öz növbəsində, çıxış edən kənd sakinləri dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində inkişaf və rifaha - YAP-ın namizədlərinə səs verəcəklərini bəyan ediblər.
Qeyd edək ki, təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Cəmilli və Dəmirçilər kənd bələdiyyələrinə YAP tərəfindən irəli sürülmüş namizədlərlə də görüş keçirilib.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

