YAP qələbələr partiyasıdır
22.11.2014 [11:49]
YAP Goranboy rayon təşkilatı partiyanın yaranmasının 22-ci ildönümü münasibətilə tədbir keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı partiyanın yaranmasının 22-ci ildönümü münasibətilə tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin büstü önünə tər çiçək dəstələri qoyub, Onun əziz xatirəsini yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov partiyanın yaranma tarixindən ətraflı danışaraq diqqətə çatdırıb ki, YAP nəinki Azərbaycanda, həm də Cənubi Qafqazda ən böyük siyasi partiyadır: “Yeni Azərbaycan Partiyası 22 illik fəaliyyəti dövründə çətin və şərəfli yol keçib. Əminliklə söyləmək olar ki, Yeni Azərbaycan Partiyası 22 il bundan əvvəl üzərinə götürdüyü vəzifəni şərəflə yerinə yetirdiyi kimi, bundan sonra da Azərbaycanın inkişafında və yüksəlişində milli maraqlardan irəli gələn vəzifələri layiqincə yerinə yetirəcəkdir”.
Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyətinin Azərbaycanda milli həmrəyliyi və bütövlüyü, ictimai-siyasi sabitliyi, sürətli inkişafı təmin etdiyini deyən E.İsmayılov əlavə edib ki, bu gün cəmiyyətimizin hər bir sağlam düşüncəli nümayəndəsi Yeni Azərbaycan Partiyasına üz tutur: “Yeni Azərbaycan Partiyasının fəaliyyətinin uğurlu nəticələrini göstərən faktlardan biri də budur ki, partiyamız 1993-cü ildən etibarən keçirilən bütün seçkilərdə qələbə qazanıb”.
Tədbirdə YAP Goranboy rayon təşkilatının Aparat rəhbəri Əzra Həşimova, rayon Ağsaqqallar Şurasının sədri Məzahir Zeynalov, rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Gündüz Hacıyev Yeni Azərbaycan Partiyasının 22 il ərzində zəngin və şərəfli inkişaf yolu keçdiyini bildiriblər. Bildirilib ki, ölkənin və regionun ən böyük və mütəşəkkil siyasi təşkilatı olan YAP qələbələr partiyasıdır və xalqımız Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin apardığı siyasi kursu birmənalı şəkildə dəstəkləyir.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev Yeni Azərbaycan Partiyasının yaranmasının 22 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib və YAP-ın Azərbaycanın müasir siyasi tarixində oynadığı mühüm rolundan danışıb.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına qəbul edilmiş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.
NURLAN
Xəbər lenti
Hamısına baxAnalitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29

