Azərbaycan gəncliyi Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşib
01.08.2014 [09:48]
Lerikdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkil etdiyi “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsi başa çatıb. Bu münasibətlə iyulun 31-də “Yay məktəbi”nin rəsmi bağlanışına həsr olunan təntənəli mərasim keçirilib. Tədbirdə Lerik IV tur qrupunun rəhbəri, YAP Siyasi Şurasının üzvü və partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və YAP-ın İcra Katibliyinin işlər idarəsinin müdiri Mahir Abbasəliyev, YAP Lerik rayon təşkilatının sədri Elxan Qəmbərov iştirak ediblər.
Öncə qeyd edək ki, layihə çərçivəsində iyulun 30-da gənclərin asudə vaxtının səmərəli təşkil olunması baxımından müxəlif idman yarışları təşkil olunub. Gənclər qruplara bölünərək paintboll, stolüstü tenis, futbol, üzgüçülük və digər idman növlərində qüvvələrini sınayıblar. “Gənc liderlər” komandası ilə Lerik rayonundan olan gənc YAP fəalları minifutbol yarışı keçiriblər. “Gənc liderlər” lerikli həmkarlarına qalib gəliblər - 6:3.
Bundan başqa, flaşmob keçirilib və bu aksiya nəinki gənclər, eləcə də “Relax” istirahət mərkəzində dincələn turistlər tərəfindən də maraqla izlənilib. Layihə iştirakçıları Azərbaycan Respublikasının dövlət gerbində əks olunan səkkizgüşəli ulduzun təsvirini yaradıblar.
İyulun 31-də keçirilən bağlanış mərasimində isə çıxış edənlər “Yay məktəbi” layihəsinin əhəmiyyətinə toxunaraq onun gənclərin inkişafına xidmət etdiyini bildiriblər. Diqqətə çatdırılıb ki, “Yay məktəbləri” gənc fəallar üçün həm təcrübə, həm də bilik mənbəyidir. Yeni Azərbaycan Partiyasının gənclərə xüsusi diqqət və qayğı göstərdiyi bildirilib və qeyd edilib ki, gənclərin fəaliyyəti üçün bu gün cəmiyyətimizdə bütün imkanlar var və hər bir gənc özünün yaradıcı potensialından səmərəli istifadə edə bilir.
Çıxış edənlər dövlət gənclər siyasəti, gənclərə olan diqqət və qayğıdan bəhs edərək Yeni Azərbaycan Partiyasının gənclərin böyük hamisi olduğunu vurğulayıblar. “Yay məktəbi”nin işi yüksək qiymətləndirilib və səmərəli nəticələrin əldə olunduğu bildirilib.
Qeyd edilib ki, bu gün cəmiyyətimizdə gənclərin fəallığı olduqca yüksək səviyyədədir və onlar milli maraqların etibarlı müdafiəsi naminə sıx birləşiblər. Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi gənclər siyasəti sayəsində gənclərin potensialından səmərəli istifadə edilməkdədir.
Sonra gənclər öz istedadlarını nümayiş etdirərək fərqli yaradıcılıq nümunələri ilə çıxış ediblər.
Təntənəli bağlanış mərasimində “Yay məktəbi”ndə fərqlənən gənclərə Fəxri fərman, diplom və təltifnamələr, eləcə də xatirə hədiyyələri təqdim olunub. Mükafatları Lerik IV tur qrupunun rəhbəri, YAP Siyasi Şurasının üzvü və partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, YAP İcra Katibliyinin işlər idarəsinin müdiri Mahir Abbasəliyev və YAP Lerik rayon təşkilatının sədri Elxan Qəmbərov təqdim ediblər.
Sonda xatirə şəkli çəkdirilib.
Günün sonunda “Yay məktəbi” iştirakçıları üçün ziyafət və distokeka təşkil olunub.
“Yay məktəbi”ni uğurla başa vuran gənc liderlər avqustun 1-də paytaxta yola düşüblər.
Qeyd edək ki, 5 günlük “Yay məktəbi” çərçivəsində gənclər ümumilikdə elmi-nəzəri və praktik nöqteyi-nəzərdən aktuallıq kəsb edən məsələlərə dair diskussiyalar təşkil ediblər. “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir və ölkənin uğurlu iqtisadi inkişafında İlham Əliyev faktoru”, “Azərbaycan cəmiyyətində ailənin rolu” kimi mövzularla bağlı seminar keçirilib, qarşılıqlı fikir mübadilələri aparılıb. Bununla yanaşı, müxtəlif interaktiv oyunlar və idman yarışları təşkil edilib.
Ümumilikdə, “Yay məktəbi”ndə iştirak edən gənclər məktəbin işini, təşkil olunma səviyyəsini, aparılan diskussiyaları və turun nəticələrini yüksək qiymətləndiriblər. Belə bir qənaət ifadə olunub ki, YAP Gənclər Birliyinin təşkil etdiyi “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” mühüm diskussiya platformasıdır. Bu cür layihələr hər zaman öz səmərəli nəticələri ilə yadda qalıb. “Yay məktəbi” gənclərin ictimai-siyasi fəallığının yüksəlməsi, intellektual potensialının artırılması üçün xüsusi əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, gənclər ictimai-siyasi və sosial-mədəni proseslərdə fəal təmsil olunurlar.
Sözügedən layihənin iştirakçısı olan gənclər onlara göstərilən xüsusi diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasına minnətdarlıq ediblər.
Xatırladaq ki, 2007-ci ildən başlayaraq artıq ənənəvi hal alan “Yay məktəbi” layihəsinin əsas məqsədi gənclərin asudə vaxtlarını səmərəli təşkil etməklə yanaşı, onların ictimai həyatdakı fəallığının daha da artırılmasıdır. Hər il olduğu kimi, bu il də Yeni Azərbaycan Partiyasından olan 800-dək fəal gənc Oğuz və Lerik rayonlarında dörd turda təşkil olunan birhəftəlik “Yay məktəbi”ndə iştirak ediblər. Layihədə paytaxt Bakı ilə yanaşı, respublikamızın bütün rayonlarından olan gənclər iştirak ediblər. Məlumat üçün bildirək ki, layihənin sonuncu-dördüncü turu iyulun 27-də start götürüb. Hər birində 80 nəfərədək fəal gənc olmaqla iki qrup layihədə iştirak etmək üçün Lerik və Oğuz rayonlarına yollanıblar.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

