Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan–Laos münasibətlərində yeni əməkdaşlıq mərhələsi

Azərbaycan–Laos münasibətlərində yeni əməkdaşlıq mərhələsi

20.10.2026 [10:57]

Səyyad Mirzəyev

YAP Ağdam rayon təşkilatının əməkdaşı  

2026-cı il oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi diqqət çəkdi. Dövlət başçılarının görüşləri, aparılan müzakirələr və əldə olunan razılaşmalar Azərbaycan–Laos əlaqələrinin yeni istiqamətlər üzrə genişləndirilməsi üçün əlverişli imkanlar yaratdı.

Prezident İlham Əliyevin bəyanatı Azərbaycanın xarici siyasətində dost ölkələrlə əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafına və iqtisadi əməkdaşlığın konkret nəticələrə yönəldilməsinə verilən önəmi bir daha nümayiş etdirdi. Səfər çərçivəsində qəbul edilən Birgə Bəyanat isə gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirən mühüm sənəd kimi çıxış etdi.

Azərbaycan ilə Laos arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. Ötən müddət ərzində iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edib, siyasi dialoqun inkişafına və qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə töhfə verib. Prezident İlham Əliyevin bəyanatında vurğulanan əsas məqamlardan biri də bu münasibətlərin möhkəm təmələ malik olmasıdır. Dövlət başçısı Laosun Azərbaycan üçün dost ölkə olduğunu qeyd edərək iki ölkə arasında uzun illər ərzində formalaşmış əlaqələrin gələcəkdə daha da dərinləşəcəyinə əminliyini ifadə etdi. Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri xüsusi tarixi əhəmiyyət daşıyır. Bu səfər dövlət başçıları səviyyəsində birbaşa təmasların genişləndirilməsi, qarşılıqlı maraqların daha dərindən öyrənilməsi və əməkdaşlıq üçün yeni imkanların müəyyənləşdirilməsi baxımından mühüm addımdır.

Laos Prezidentinin çıxışında Ümummilli Lider Heydər Əliyevin 1986-cı ildə Laosda keçirilən Laos Xalq İnqilabı Partiyasının IV qurultayında iştirakının xatırlanması da diqqətəlayiqdir. Bu məqam iki xalq arasında münasibətlərin tarixi köklərə söykəndiyini və siyasi əlaqələrdə varislik ənənəsinin əhəmiyyətini göstərir. Azərbaycan–Laos münasibətləri yalnız diplomatik təmaslarla məhdudlaşmır. Bu əlaqələr qarşılıqlı hörmətə, dostluğa və gələcək nəsillər üçün daha geniş əməkdaşlıq imkanlarının yaradılması məqsədinə əsaslanır. İqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir

Prezident İlham Əliyevin bəyanatında iqtisadi münasibətlərin inkişafı xüsusi yer tutdu. Dövlət başçısı mövcud ticarət dövriyyəsinin iki ölkənin potensialını tam əks etdirmədiyini diqqətə çatdırdı və iqtisadi sahədə əməkdaşlığın intensivləşdirilməsi üçün müvafiq addımların atılmasının vacibliyini vurğuladı.

Azərbaycanın enerji sektorunda topladığı təcrübə, kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər və investisiya imkanları Laosla qarşılıqlı maraq doğuran layihələrin müzakirəsi üçün əsas yaradır. Eyni zamanda, Laosun təklif edə biləcəyi konkret layihələr Azərbaycan biznes dairələri üçün yeni əməkdaşlıq imkanları aça bilər.

Paylaş:
Baxılıb: 27 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Analitik

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31