/ / Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələrə həsr olunmuş növbəti birgə müşavirə keçirilib
Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələrə həsr olunmuş növbəti birgə müşavirə keçirilib
19.10.2026 [19:05]
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının beş ərazi partiya təşkilatının birgə müşavirəsi keçirilib. Tədbir Nəsimi rayonu, L.Tolstoy küçəsi 142 ünvanında yerləşən 16 №-li Texniki Humanitar Liseyin akt zalında baş tutub.
Müşavirədə aşağıdakı ərazi partiya təşkilatlarının nümayəndələri iştirak ediblər:
-
L.Tolstoy küçəsi 187 üzrə (1 №-li tam orta məktəb);
-
R.Behbudov küçəsi 11 üzrə (8 №-li tam orta məktəb);
-
L.Tolstoy küçəsi 142 üzrə (16 №-li Texniki Humanitar Lisey);
-
Ü.Hacıbəyov küçəsi 49 üzrə (Elitar Gimnaziya);
-
28 May küçəsi 16 üzrə (23 №-li tam orta məktəb).
Müşavirə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunub.
Tədbiri L.Tolstoy küçəsi 142 üzrə ərazi partiya təşkilatının sədri, 16 №-li Texniki Humanitar Liseyin direktoru Ülviyyə İsmayılova aparıb. O, çıxışında Partiya Sədrinin qurultaydakı nitqinin ölkəmizin ictimai-siyasi həyatı və təhsil sahəsi üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Ülviyyə İsmayılova dövlət başçısının ideoloji təxribatlara qarşı əsas sipərin təhsil və vətənpərvərlik olduğu barədə fikirlərini xatırladaraq, bu istiqamətdə məktəblərin və pedaqoji kollektivlərin üzərinə mühüm məsuliyyət düşdüyünü diqqətə çatdırıb.
YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov çıxışında bildirib: «Bu gün biz Yeni Azərbaycan Partiyasının VIII Qurultayının yekunlarını və Partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələri müzakirə etmək üçün toplaşmışıq. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultay partiyamızın tarixində xüsusi yer tutur. Dövlət başçısının vurğuladığı kimi, ilk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra keçirilir». Abbas Pənahov Partiya Sədrinin YAP fəalları qarşısında qoyduğu tapşırıqları diqqətə çatdıraraq ideoloji işin müasir formatda qurulmasını, Azərbaycan reallıqlarının hər bir vətəndaşa çatdırılmasını və ideoloji təxribatlara qarşı ayıq-sayıq olmağın vacibliyini qeyd edib.
Daha sonra 16 №-li Texniki Humanitar Liseyin müəllimi, ərazi partiya təşkilatının sədr müavini Kənan Xudiyev və 8 №-li tam orta məktəbin laborantı, ərazi partiya təşkilatının sədr müavini Pərvanə Səmədova çıxış ediblər. Çıxışçılar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müəllimlərin rolundan, tarixi həqiqətlərin və Zəfər tariximizin şagirdlərə aşılanmasının əhəmiyyətindən bəhs ediblər.
Müşavirənin sonunda iştirakçılar Prezident İlham Əliyevin VIII Qurultayda müəyyən etdiyi vəzifələrin icrasında fəal iştirak edəcəklərini bildiriblər. Tədbir Yeni Azərbaycan Partiyasının himni ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxİdman
19 Oktyabr 23:17
Dünya
19 Oktyabr 22:55
Dünya
19 Oktyabr 22:12
Sosial
19 Oktyabr 21:49
Dünya
19 Oktyabr 21:13
Mədəniyyət
19 Oktyabr 21:09
Dünya
19 Oktyabr 20:41
İdman
19 Oktyabr 20:19
Siyasət
19 Oktyabr 20:18
YAP xəbərləri
19 Oktyabr 19:06
İqtisadiyyat
19 Oktyabr 18:53
YAP xəbərləri
19 Oktyabr 18:26
Müsahibə
19 Oktyabr 18:25
Elm
19 Oktyabr 18:23
Siyasət
19 Oktyabr 18:12
Sosial
19 Oktyabr 18:11
Xəbər lenti
19 Oktyabr 18:07
Elanlar
19 Oktyabr 18:07
YAP xəbərləri
19 Oktyabr 18:04
Sosial
19 Oktyabr 17:47
Mədəniyyət
19 Oktyabr 17:22
Dünya
19 Oktyabr 17:16
İqtisadiyyat
19 Oktyabr 16:46
Siyasət
19 Oktyabr 16:37
Xəbər lenti
19 Oktyabr 16:36
Hadisə
19 Oktyabr 16:36
Dünya
19 Oktyabr 16:12
Sosial
19 Oktyabr 15:45
İdman
19 Oktyabr 15:45
YAP xəbərləri
19 Oktyabr 15:41
YAP xəbərləri
19 Oktyabr 15:35
Siyasət
19 Oktyabr 15:27
YAP xəbərləri
19 Oktyabr 15:04
Elanlar
19 Oktyabr 15:02
Sosial
19 Oktyabr 14:54
Gündəm
19 Oktyabr 14:33
Sosial
19 Oktyabr 14:13
Sosial
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:11
Sosial
19 Oktyabr 14:10
Mədəniyyət
19 Oktyabr 14:09
Dünya
19 Oktyabr 14:08
YAP xəbərləri
19 Oktyabr 13:43
YAP xəbərləri
19 Oktyabr 13:39
Siyasət
19 Oktyabr 13:02
YAP xəbərləri
19 Oktyabr 12:50
YAP xəbərləri
19 Oktyabr 12:49
YAP xəbərləri
19 Oktyabr 12:25
YAP xəbərləri
19 Oktyabr 12:10
Sosial
19 Oktyabr 11:41
Sosial
19 Oktyabr 11:39
Sosial
19 Oktyabr 11:39
YAP xəbərləri
19 Oktyabr 11:36
YAP xəbərləri
19 Oktyabr 10:54
Dünya
19 Oktyabr 10:47
Dünya
19 Oktyabr 09:41
Dünya
19 Oktyabr 09:17
Dünya
19 Oktyabr 08:59
Dünya
19 Oktyabr 08:30
Maraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31

