Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Tovuz rayon təşkilatının ərazi partiya təşkilatlarında Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbirlər keçirilib

YAP Tovuz rayon təşkilatının ərazi partiya təşkilatlarında Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbirlər keçirilib

19.10.2026 [19:54]

YAP Tovuz rayon təşkilatının İbrahimhacılı, Alakol, Əyyublu və Düz Qırıqlı  kənd ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbirlər keçirilib.

İlk öncə Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirlərdə YAP Tovuz rayon təşkilatının sədr müavini, qurultay nümayəndəsi İlqar Kərimov, aparatın məsləhətçisi Kamran Qasımov, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak edib.

YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov, ərazi partiya təşkilatlarının sədri Akif Əsgərov, partiya veteran Arif Əsgərov, partiya fəalları Qədir Qasımov, Abbas Abbasov, Xəyal Nağıyev, Hüsniyyə Məmmədova çıxışlarında Azərbaycanın müasir tarixində Heydər Əliyevin xüsusi yeri və rolunu vurğulamışlar. Qeyd etmişlər ki, onun siyasi fəaliyyəti, zəngin dövlətçilik təcrübəsi və ölkənin gələcəyi ilə bağlı müəyyən etdiyi strateji istiqamətlər Azərbaycan xalqının yaddaşında mühüm yer tutur.

Çıxışlarda partiyanın təsis qurultayının ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı olduğu diqqətə çatdırılmışdır. Həmin dövrdə Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması və ölkənin qarşılaşdığı çətinliklərin aradan qaldırılması əsas məsələlər kimi qeyd edilmişdir.

Natiqlər bildirmişlər ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə mürəkkəb siyasi və hərbi vəziyyətin hökm sürdüyü bir dövrə təsadüf etmişdir. Onun hakimiyyətə qayıdışı sabitliyin təmin olunması, güclü dövlət idarəçiliyinin formalaşdırılması və Azərbaycanın gələcəyinin qorunması baxımından mühüm hadisə kimi dəyərləndirilmişdir. Heydər Əliyevin rəhbərliyi dövründə dövlət idarəçiliyinin möhkəmləndirilməsi, ordu quruculuğunun inkişaf etdirilməsi, atəşkəsə nail olunması və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər xüsusi vurğulanmışdır.

Natiqlər Heydər Əliyevin siyasi kursunda Azərbaycanın müstəqilliyinin qorunmasının, milli birliyin möhkəmləndirilməsinin, ölkənin parçalanmaq təhlükəsindən xilas edilməsinin və ərazi bütövlüyünün qorunmasının mühüm yer tutduğunu qeyd etmişlər. Onun rəhbərliyi ilə həyata keçirilən siyasətin dövlət institutlarının möhkəmləndirilməsinə və ölkənin gələcək inkişafına mühüm təsir göstərdiyini vurğulamışlar.

Sonda çıxışçılar VIII Qurultayın əhəmiyyətindən bəhs edərək Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin və yaşadılmasının, dövlətçilik ənənələrinin qorunmasının, milli həmrəyliyin gücləndirilməsinin vacibliyini bildirmişlər. Həmçinin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasının, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinin hər bir vətəndaşın qarşısında duran mühüm vəzifələrdən biri olduğunu qeyd etmişlər.

Paylaş:
Baxılıb: 70 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31