Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan – Laos əlaqələri hər iki ölkə üçün yeni imkanlar yaradacaq

Azərbaycan – Laos əlaqələri hər iki ölkə üçün yeni imkanlar yaradacaq

16.10.2026 [15:03]

2026-cı il oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata bəyanatla çıxış edib

Möhtərəm Prezident çıxışında Laos Prezidentinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə Laos arasında siyasi münasibətlər uzun illərdir uğurla inkişaf edir. Ölkələr beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirir, parlamentlərarası əlaqələr və siyasi partiyalar arasında əməkdaşlıq da davam etdirilir.

Bununla yanaşı, cənab Prezident iqtisadi münasibətlərin mövcud potensialının tam reallaşdırılmasının vacibliyinədə diqqət çəkib. Dövlət başçısı bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi tərəflərin imkanlarını və əməkdaşlıq imkanlarını tam əks etdirmir. Bu səbəbdən iqtisadi əlaqələrin intensivləşdirilməsi, qarşılıqlı ticarətin artırılması və yeni investisiya imkanlarının araşdırılması istiqamətində konkret addımların atılması nəzərdə tutulur. Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan-Laos Biznes Forumu da sahibkarlar arasında əlaqələrin genişlənməsinə və yeni layihələrin reallaşdırılmasına töhfə verə bilər.

Bəyanatda enerji, kənd təsərrüfatı, dağ-mədən sənayesi və nəqliyyat-logistika sahələrində əməkdaşlıq imkanları da diqqət mərkəzində olub. Azərbaycanın beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı və tranzit imkanlarının genişləndirilməsi istiqamətində əldə etdiyi nəticələr bu sahədə tərəfdaşlıq üçün yeni perspektivlər yaradır. Laosda həyata keçirilən nəqliyyat layihələrinin gələcəkdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna bağlantı imkanlarını artırması da qarşılıqlı əməkdaşlıq baxımından əhəmiyyətlidir.

Dövlət başçısı çıxışında Azərbaycan və Laosun üzləşdiyi mina təhlükəsinə də toxunub. Laosda müharibədən uzun müddət keçməsinə baxmayaraq, minaların insan həyatı üçün ciddi təhlükə yaratdığını bildirən cənab  İlham Əliyev Azərbaycanın da, bu problemlə üzləşdiyini qeyd edib. Bu sahədə təcrübə mübadiləsi, müasir texnologiyaların tətbiqi və müvafiq təlim proqramlarının həyata keçirilməsi əməkdaşlığın mümkün istiqamətləri kimi dəyərləndirilib.

Ümumilikdə, möhtərəm Prezidentin mətbuata verdiyi bəyanat Azərbaycan-Laos münasibətlərinin yeni sahələr üzrə inkişaf etdirilməsinə yönəlmiş qarşılıqlı niyyətləri əks etdirir. Siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, humanitar əməkdaşlığın inkişafı və praktiki layihələrin həyata keçirilməsi hər iki ölkə üçün yeni imkanlar yarada bilər. Bu səfər Azərbaycan ilə Laos arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi və uzunmüddətli tərəfdaşlığın inkişafı baxımından əhəmiyyətli hadisədir.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 31 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31