Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qüdrətli Azərbaycanın inkişaf xətti

Qüdrətli Azərbaycanın inkişaf xətti

07.10.2026 [17:33]

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı ölkəmizin yeni inkişaf mərhələsindəki strateji prioritetlərini müəyyən etmək baxımından müstəsna əhəmiyyətə malikdir. Dövlət başçısının nitqində Azərbaycanın son onilliklərdə qət etdiyi tarixi yol, Ulu Öndər Heydər Əliyevin dövlətçilik xəttinin davamlılığı, Vətən müharibəsindəki Zəfər və suverenliyimizin bərpası bir-biri ilə sıx bağlılıqda təqdim olunur. Bu səbəbdən, ölkəmizin bugünkü reallıqlarını tam dərk etmək üçün Ulu Öndərin siyasi irsi ilə cənab Prezident İlham Əliyevin rəhbərliyi sayəsində əldə edilən nailiyyətlərin vəhdətini təhlil etmək lazımdır.

Azərbaycanın bugün güclü dövlət kimi formalaşmasının təməlində, ilk növbədə, Ulu Öndər Heydər Əliyevin dövlətçilik təfəkkürü dayanır. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis olunması ölkənin son dərəcə mürəkkəb siyasi və sosial-iqtisadi vəziyyətlə üzləşdiyi dövrə təsadüf edirdi. Ərazilərimizin işğal altında olduğu, dövlətçiliyin ciddi təhlükələrlə qarşılaşdığı həmin şəraitdə xalqın Ulu Öndərə  inamı və onun liderliyinə olan ehtiyacı gələcək inkişaf yolunun müəyyənləşməsində həlledici rol oynadı.

Ulu Öndərin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışı ölkə tarixini kökündən dəyişdi. Dövləti parçalanmaqdan xilas etmək, ictimai-siyasi sabitliyi təmin etmək, xarici siyasətdə etibarlı mövqe tutmaq və iqtisadi bünövrəni qoymaq Heydər Əliyev rəhbərliyinin əsas tarixi töhfələri oldu. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu siyasi xətt Azərbaycanın müstəqilliyini möhkəmləndirərək milli maraqların təmin olunmasında müstəsna rol oynadı.

Məhz bu ardıcıl dövlətçilik kursunun nəticəsində Azərbaycanın qarşısında duran ən mühüm tarixi vəzifənin – ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi üçün zəruri olan siyasi, iqtisadi və hərbi potensial formalaşdırıldı. 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər həmin uzaqgörən strategiyanın məntiqi yekununa çevrildi. Azərbaycan Ordusunun qüdrəti, xalqımızın sarsılmaz milli həmrəyliyi və dövlət rəhbərliyinin qətiyyətli siyasi iradəsi işğala son qoyaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Qazanılan Zəfər yalnız hərbi qələbə ilə məhdudlaşmadı. 2020-ci ildən sonrakı mərhələdə Azərbaycan qarşıya qoyulmuş əsas strateji hədəfi - ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını mərhələli və ardıcıl şəkildə reallaşdırdı. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin bütün ərazisində dövlət suverenliyinin təmin olunması müasir tariximizdə yeni bir era açdı. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin qoruyub möhkəmləndirdiyi dövlətçilik bünövrəsi üzərində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən siyasət tarixi Zəfərlə taclandı və bu Zəfər Azərbaycanın tam suverenliyinin bərqərar olunmasını şərtləndirdi.

2020-ci ildən sonrakı mərhələdə Azərbaycan qarşıya qoyulmuş əsas strateji hədəfi — ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını mərhələli və ardıcıl şəkildə reallaşdırdı. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin bütün ərazisində dövlət suverenliyinin təmin olunması müasir tariximizdə yeni bir era açdı. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin qoruyub möhkəmləndirdiyi dövlətçilik bünövrəsi üzərində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən siyasət tarixi Zəfərlə taclandı və bu Zəfər Azərbaycanın tam suverenliyinin bərqərar olunmasını şərtləndirdi.

Cənab Prezident İlham Əliyev  çıxışında Azərbaycanın əldə etdiyi nəticələrin qorunmasının və daha da möhkəmləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, gələcəkdə də hərbi gücün artırılmasının əsas vəzifələrdən biri kimi müəyyənləşdiyini qeyd etdi. Cənab Prezidentin “biz hər gün hazır olmalıyıq” mövqeyi tarixi nəticələrin yalnız qazanılmasının deyil, həm də etibarlı qorunmasının vacibliyini ifadə edir.          

Yeni inkişaf mərhələsinin əsas dayaqlarından biri ölkəmizin iqtisadi və maliyyə müstəqilliyidir. Dövlət başçısının vurğuladığı kimi, dayanıqlı iqtisadiyyat sosial rifahın yüksəldilməsinə, qüdrətli müdafiə potennsialına və Böyük Qayıdış layihələrinə etibarlı zəmin yaradır. Eyni zamanda, milli maraqlara əsaslanan müstəqil xarici siyasət Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş və nüfuzlu geosiyasi aktor kimi mövqeyini daha da möhkəmləndirir.

Göründüyü kimi, Azərbaycanın bugünkü Zəfərləri və uğurları təsadüfi deyil. Bu böyük nailiyyətlərin arxasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən strategiyası, cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyi, sarsılmaz xalq-iqtidar birliyi, güclü iqtisadiyyat və qüdrətli ordu durur.

Bu baxımdan, böyük Zəfər Azərbaycanın tarixində yekun nöqtə deyil, keyfiyyətcə yeni bir inkişaf mərhələsinin başlanğıcıdır. Ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ölkəmiz üçün geniş üfqlər açmışdır. Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, Böyük Qayıdışın sürətləndirilməsi, sosial-iqtisadi tərəqqinin davamlılığının təmin olunması və beynəlxalq mövqelərin daha da möhkəmləndirilməsi suveren Azərbaycanın qarşısında duran yeni strateji prioritetlərdir.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikir və mesajlar məhz bu tarixi yolun mahiyyətini aydın ortaya qoyur. Müasir mərhələnin əsas məqsədi əldə edilmiş tarixi nailiyyətləri qorumaq, onları daha da möhkəmləndirmək və güclü, müstəqil, suveren Azərbaycanın gələcək inkişafını təmin etməkdir.

YAP Naftalan şəhər təşkilatının əməkdaşı Rahim Muradov

Paylaş:
Baxılıb: 103 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Siyasət

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31