YAP Göygöl rayon təşkilatının yaradılmasının 21-ci ildönümü qeyd olunub
04.03.2014 [09:44]
Martın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının yaradılmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev tədbiri giriş sözü ilə açaraq partiyanın yaranma tarixi və keçdiyi şərəfli yol barədə geniş məruzə verib. Natiq bildirib ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, həm də Cənubi Qafqazda ən böyük siyasi partiyadır: “Yeni Azərbaycan Partiyası çətin və şərəfli yol keçib. Ümummilli liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası hakimiyyətə gəldikdən sonra Azərbaycan xaos və anarxiyadan xilas oldu, ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar olundu. Bundan sonra dağıdılmış iqtisadiyyatımız bərpa olundu, yeni Konstitusiya qəbul edildi, siyasi-hüquqi islahatlar həyata keçirildi və ölkəmiz tərəqqi yoluna qədəm qoydu”.
Rayon təşkilatının sədri onu da deyib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində respublikamız siyasi cəhətdən yüksək inkişaf edərək regionun iqtisadi güc mərkəzinə çevrilmiş, beynəlxalq münasibətlərdə mövqeyini daha da möhkəmləndirərək dünya siyasi arenasında özünəməxsus yer tutmuşdur. Azərbaycanın sürətlə inkişaf etməsi, beynəlxalq aləmdə layiqli yer tutması Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yolun əsas nəticəsi kimi qeyd edilməlidir. Çünki əldə olunan bütün uğurlarda Yeni Azərbaycan Partiyasının xüsusi rolu olmuşdur”.
Tədbirdə, həmçinin, YAP Göygöl rayon təşkilatının ilk partiya təşkilatının sədrləri İlqar Məhərrəmov, Adil Qarayev, Xanlar Hacıyev, Kərim Kərimov və digər partiya üzvləri çıxış edərək Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının yaranmasının 21-ci ildönümü münasibəti ilə bütün partiya üzvlərini təbrik ediblər.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində respublikamızın sürətli inkişafından danışıb, ölkəmizin hərtərəfli inkişafında ümumxalq partiyası olan YAP-ın xüsusi rolunun olduğunu qeyd edib.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

