YAP zamanın tələbi və xalqın istəyi ilə yaranan partiyadır
22.02.2014 [13:29]
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. YAP Yasamal rayon təşkilatı və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə partiyanın Siyasi Şurasının üzvü, rayon təşkilatının sədri, professor Fikrət İsmayılov açıb.
YAP-ın yaranmasının zamanın tələbi olduğunu deyən F.İsmayılov bildirib ki, həmin vaxt Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yeni siyasi qüvvənin formalaşması zərurətə çevrilmişdi: “1990-cı illərin əvvəlində hakimiyyətdə olanların səriştəsiz siyasəti nəticəsində Azərbaycan uçuruma sürüklənirdi. Ölkəmizdə iqtisadi-siyasi böhran dərinləşirdi, xalqın həyat səviyyəsi pisləşirdi. Eyni zamanda, Ermənistan bir-birinin ardınca ərazilərimizi işğal edirdi. Belə bir şəraitdə insanların sabaha inamları qalmamışdı. Cəmiyyətdə belə bir rəy formalaşmışdı ki, Azərbaycanı bu bəladan yalnız Ümummilli lider Heydər Əliyev xilas edə bilər. Ona görə də, ölkəmizin nüfuzlu 91 ziyalısı Ulu öndər Heydər Əliyevə müraciət etdilər”.
F.İsmayılov deyib ki, partiya Naxçıvanda yaradıldıqdan sonra yerli təşkilatları formalaşmağa başladı. Onun sözlərinə görə, 1993-cü il yanvarın 9-da YAP Yasamal rayon təşkilatının təsis edilməsi üçün 17 nəfərdən ibarət təşkilat qrupu yaradıldı: “20 fevral 1993-cü ildə ilk təsis konfransını keçirən zaman YAP Yasamal rayon təşkilatının sıralarında 550 üzv və 26 ilk təşkilat var idi. Hazırda isə təşkilatın sıralarında 150 ilk partiya təşkilatını təmsil edən 26 mindən çox insan birləşib”.
“YAP tarixə qalibiyyətlər partiyası kimi düşüb” - deyən F.İsmayılov əlavə edib ki, partiya yaranandan sonra ölkədə keçirilən bütün seçkilərdə qazanılan qələbələr bunu deməyə əsas verir. Rayon təşkilatının sədrinin sözlərinə görə, bu uğurların mərkəzində duran başlıca məqam xalq faktorudur: “Yəni, YAP ümumxalq pariyası olduğu üçün hər zaman xalqdan dəstək alıb və məhz bunun nəticəsidir ki, 9 oktyabrda keçirilən prezident seçkilərində partiyamızın Sədri cənab İlham Əliyev yenidən Dövlət başçısı seçildi”.
Tədbirdə gənclər adından çıxış edən Nigar İbrahimova YAP-ın sıralarında təmsil olunan gənclərin dövlətçiliyimizə, Ulu öndər Heydər Əliyev siyasətinə və bu siyasəti həyata keçirən Prezident İlham Əliyevə hər zaman sədaqətli olduqlarını bildirib. O, qeyd edib ki, gənclərin partiyaya axını YAP-da gənclik enerjisini artırmaqla gələcək inkişafımıza ən etibarlı təminat yaradır.
YAP Yasamal rayon təşkilatı Qadınlar Şurasının sədri Tamella Şahbazova deyib ki, partiyada qadınların rolu böyükdür. YAP-ın sıralarının sürətlə artmasının xalqın partiyaya olan inamından irəli gəldiyini deyən T.Şahbazova əlavə edib ki, Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf və tərəqqi yolundadır.
Çıxış edən YAP Yasamal rayon təşkilatının idarə heyətinin üzvü, Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru Rasim Nəbiyev bildirib ki, Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP yarandığı gündən ümumxalq partiyasına çevrilməklə həyata keçirdiyi siyasət nəticəsində biri-birindən əhəmiyyətli uğurlara imza atıb”.
Çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev deyib ki, Azərbaycanın ağır günlərində yaranmış YAP üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirdi. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin banisi olduğu partiya hüquqi, demokratik dövlət quruculuğuna öz töhfələrini verib. İ.Mehdiyev onu da bildirib ki, partiya üzvləri rayonda aparılan quruculuq işlərində, həmçinin, rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər.
Sonda partiya sıralarına qəbul edilmiş bir qrup gəncə YAP-ın üzvlük vəsiqələri verilib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSosial
17 May 18:42
Siyasət
17 May 18:37
Dünya
17 May 18:17
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Gündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23

