Günün tələbi: Yüksək bilik və təcrübə
13.02.2014 [09:14]
YAP Gənclər Birliyinin “Qış məktəbi” gənclərə bu imkanları yaradır
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkil etdiyi “Gənc liderlər” gənc siyasətçilər üçün “Qış məktəbi” uğurla davam edir. Dünən “Qış məktəbi”nin iştirakçıları “Biz və sosial media” mövzusunda treninq keçiriblər. Treninqin moderatoru YAP Gənclər Birliyi ofisinin layihələr üzrə koordinatoru Leyla Kərimova təşkilatın həyata keçirdiyi layihələrdən, gənclərin bu layihələrdə fəal iştirakından, yeni texnologiyalardan bəhrələnərək Azərbaycan reallıqlarının təbliği istiqamətində göstərdikləri səylərdən geniş bəhs edib.
Qrup rəhbərləri YAP Siyasi Şurasının üzvləri- “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva mövzu ilə bağlı fikirlərini açıqlayıblar. Bildirilib ki, cəmiyyət inkişaf etdikcə insanların dünyagörüşü, baxışları, düşüncələri də dəyişir. İnternet istifadəçilərinin sayı günbəgün artır. Artıq həyatımızda “Sosial media” var. “Sosial media” anlayışının mahiyyəti açıqlanaraq, qeyd olunub ki, bu, insanlar arasında virtual internet alətləri vasitəsilə sosial ünsiyyət yaratmaq və məlumatları paylaşma deməkdir. Sosial media vasitələrinə internet üzərindən yayımlanan informasiya saytları, sosial şəbəkələr, bloqlar, mikro bloqlar, ani ünsiyyət proqramları, forumlar daxildir.
Gənclər müzakirələrdə üç qrup şəklində iştirak ediblər. Birinci qrupun kapitanı YAP Sumqayıt şəhər təşkilatının üzvü Amal Əsgərov, ikinci qrupun kapitanı YAP Yasamal rayon təşkilatının üzvü Əfqan Noçuyev, üçüncü qrupun kapitanı isə Binəqədi rayon təşkilatının üzvü Səlcuq Müzəffərov olub. Gənclər sosial media ilə bağlı fikirlərini açıqlayıb, sosial medianın nümunələrindən geniş bəhs ediblər. O da vurğulanıb ki, internet vasitəsi ilə informasiyanın dəqiq, tez və daha böyük kütləyə çatdırılması nəzərə alınaraq sosial şəbəkələr və elektron informasiya saytları yaradılmağa başlayıb. Sosial şəbəkələr (Facebook, Twitter və s.) dünyamızın virtual formasıdır. YAP Yasamal rayon təşkilatının üzvü Həsən Hüseynzadə, YAP Sumqayıt şəhər təşkilatının üzvü Ülvi Allahverdi və digər gənclər sosial medianın əsas xüsusiyyətlərindən danışıblar.
Sonra “Gəncəm, inkişafı sevirəm” - İnkişaf yolları, yanaşma tərzləri, fürsətlərin, zamanın dəyərləndirilməsi haqqında təlim keçirilib. Qrup rəhbərləri YAP Siyasi Şurasının üzvləri - “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva gənclərin inkişafına stimul verən əsas amillərdən bəhs edərək bildiriblər ki, hər bir ölkənin gələcəyi gənclərin hərtərəfli inkişafı ilə bağlıdır. Çıxışlarda dövlət başçısı İlham Əliyevin 2011-ci ildə keçirilən Gənclərin VI forumunun iştirakçılarına təbrik məktubunda öz əksini tapan bu fikirlər bir daha diqqətə çatdırılıb: “Gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir”.
İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər sübut edir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Bu keyfiyyətlərə söykənərək belə bir inam ifadə olunur ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlər məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində öz həllini tapacaq.
YAP Gənclər Birliyi ofisinin təşkilati işlər üzrə koordinatoru Elmar Məmmədov bildirib ki, ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdırılması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: “Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir, cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Təbii ki, dövlət gənclər siyasəti dedikdə də gənclərin öz bilik və bacarıqlarını ortaya qoymaları, cəmiyyətdə layiqli yer tutmaları üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemi nəzərdə tutulur. YAP Gənclər Birliyinin təşkil etdiyi “Qış məktəbi” layihəsi də gənclərə bu kimi imkanları yaradır. Kompleks tədbirlər gənclərin hərtərəfli inkişafını yüksək səviyyədə təmin edir, gələcəyə daha inamla baxmaları üçün stimulverici amil rolunu oynayır”.
“Qış məktəbi”nin üçüncü günü çərçivəsində keçirilən “Sosial şəbəkələrdə təhlükəsizlik qaydaları” mövzusunda seminarda YAP Gənclər Birliyinin əməkdaşı Şamo Əliyev sosial şəbəkələrdən təhlükəsiz istifadə qaydalarından danışıb. Təqdimatda şəbəkədən düzgün istifadə olunmadıqda yaranan təhlükələrdən maksimum müdafiə üsulları nümayiş etdirilib. “Qış məktəbi”nin üçüncü günündə müxtəlif növ idman yarışları da təşkil olunub.
Gənclər “Qış məktəbi”nin onlara verdiyi biliklərdən, təcrübədən, təqdimat üçün seçilən mövzulardan məmnunluqlarını ifadə ediblər. Diskussiya şəklində davam edən təlimlərdə bir daha qeyd olunub ki, ölkəmizin uğurları davamlıdır və bunu şərtləndirən əsas amil düşünülmüş və məqsədyönlü siyasətdir. Gənclər bu siyasətə dəstəklərini biliklərini artırmaqla, təcrübələrini təkmilləşdirməklə və müxtəlif sahələrdə tətbiq etməklə təsdiqləməyə çalışırlar.
Ceyhun Piriyev,
“İki sahil”, Oğuz
Xəbər lenti
Hamısına baxDünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42

