Forumun məhz Şuşada keçirilməsi xüsusi siyasi və mənəvi əhəmiyyət daşıyır
17.07.2026 [11:57]
Şuşa son illərdə yalnız Azərbaycanın mədəniyyət paytaxtı kimi deyil, həm də beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edən nüfuzlu məkan kimi tanınır. Bu şəhərdə keçirilən IV Şuşa Qlobal Media Forumu da ölkəmizin informasiya siyasəti və beynəlxalq media əməkdaşlığının inkişafı baxımından mühüm hadisələrdən biri oldu. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunan forum müxtəlif ölkələrdən media rəhbərlərini, ekspertləri və jurnalistləri bir araya gətirdi. Tədbirin əsas diqqət mərkəzində isə Prezident İlham Əliyevin forum iştirakçıları ilə görüşü və onları maraqlandıran sualları ətraflı cavablandırması oldu.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, forumun məhz Şuşada keçirilməsi xüsusi siyasi və mənəvi əhəmiyyət daşıyır. Dövlət başçısının sözlərinə görə, vaxtilə işğalın ağır nəticələri ilə üzləşmiş Şuşa bu gün beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi nüfuzlu şəhərlərdən birinə çevrilib. O vurğuladı ki, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın iqtisadi gücünü və inkişaf potensialını aydın şəkildə nümayiş etdirir. Həmin ərazilərdə müasir yollar və kommunikasiya xətləri çəkilir, yeni yaşayış məntəqələri salınır, məktəblər, xəstəxanalar və digər sosial obyektlər tikilir. Bununla yanaşı, tarixi-mədəni irsin bərpası istiqamətində ardıcıl işlər aparılır, Şuşanın tarixi simasının və zəngin mədəni irsinin qorunmasına xüsusi diqqət yetirilir.
Forum zamanı Prezident İlham Əliyev beynəlxalq münasibətlərdə baş verən dəyişikliklər, regional təhlükəsizlik, çoxtərəfli əməkdaşlıq və nəqliyyat-kommunikasiya layihələrinin perspektivləri barədə də fikirlərini bölüşdü. Dövlət başçısı xüsusilə Orta Dəhlizin strateji əhəmiyyətini vurğulayaraq bildirdi ki, bu marşrutun inkişafı Azərbaycanın Avropa ilə Asiya arasında etibarlı tranzit və logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.
Prezident İlham Əliyev çıxışında medianın müasir dövrdə daşıdığı məsuliyyətə də toxundu. O qeyd etdi ki, informasiya manipulyasiyalarının və saxta xəbərlərin sürətlə yayıldığı bir şəraitdə peşəkar və obyektiv jurnalistika xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının fikrincə, dezinformasiyaya qarşı mübarizənin ən təsirli yolu cəmiyyətə dəqiq, şəffaf və faktlara əsaslanan məlumatların təqdim edilməsidir. Bu baxımdan Şuşa Qlobal Media Forumu xarici media nümayəndələrinin bölgədəki reallıqları yerində görməsi və hadisələri obyektiv qiymətləndirməsi üçün mühüm platforma rolunu oynadı.
Forum bir daha göstərdi ki, Azərbaycanın həyata keçirdiyi müstəqil və balanslaşdırılmış xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirib. Bu gün Azərbaycan etibarlı tərəfdaş kimi qəbul olunur və irəli sürdüyü təşəbbüslər beynəlxalq səviyyədə dəstək qazanır. COP29-a ev sahibliyi etmək hüququnun ölkəmizə həvalə olunması, Qoşulmama Hərəkatına uğurlu sədrlik və müxtəlif beynəlxalq siyasi-humanitar tədbirlərin Azərbaycanda təşkili bunun bariz nümunələridir. IV Şuşa Qlobal Media Forumu da ölkəmizin beynəlxalq dialoqun inkişafına verdiyi töhfələrin və artan nüfuzunun növbəti göstəricisi oldu.
Şuşa artıq təkcə tarixi və mədəni irsimizin rəmzi deyil, həm də beynəlxalq dialoq və əməkdaşlıq üçün mühüm platformaya çevrilib. Prezident İlham Əliyevin forum zamanı səsləndirdiyi fikirlər Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasətini, qlobal proseslərə baxışını və sülh, əməkdaşlıq, obyektiv informasiya prinsiplərinə sadiqliyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Forumda verilən mesajlar göstərdi ki, Azərbaycan gələcəkdə də beynəlxalq əməkdaşlığın genişlənməsinə, açıq dialoqun inkişafına və həqiqətə əsaslanan informasiya mühitinin formalaşmasına öz töhfəsini verməyə davam edəcək.
İlkin Bağırov
YAP Babək rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

