IV Şuşa Qlobal Media Forumu: Sülh, həqiqət və beynəlxalq əməkdaşlıq platforması
16.07.2026 [16:26]
İntiqam Quliyev
YAP Ağdam rayon təşkilatının sədr müavini
2026-cı il 13–14 iyul tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində IV Şuşa Qlobal Media Forumu keçirilmişdir. Forum “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunmuşdur. Tədbirdə dünyanın müxtəlif ölkələrindən media rəhbərləri, jurnalistlər, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirmişdir. Forumda 53-dən çox ölkədən 160-a yaxın iştirakçı, o cümlədən 30 beynəlxalq xəbər agentliyi, 60-dan çox media qurumu və bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdir. Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmiş və beynəlxalq media nümayəndələrinin çoxsaylı suallarını cavablandırmışdır. Prezident çıxışında qlobal informasiya məkanında obyektivliyin, peşəkar jurnalistikanın və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulamış, həmçinin Azərbaycanın regional inkişafı, Qarabağda aparılan bərpa-quruculuq işləri və ölkənin xarici siyasət prioritetləri barədə fikirlərini bölüşmüşdür. Prezidenti İlham Əliyev forum da cıxışı zamanı Qarabağın bərpasına və inkişafına göstərdiyi dəstəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkürünü bildirmişdir. Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib ki, Qarabağın bərpasında göstərilən köməyə görə Prezident Tokayevə çox minnətdaram. Füzulidə Uşaq Yaradıcılıq Mərkəzi qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyır. Kasım-Jomart Kemeleviç və mən bu mərkəzi birlikdə açdıq və azad edilmiş ərazilərin bərpasında qardaş xalqımızın dəstəyinə görə çox minnətdarıq. Prezident qeyd edib ki əlbəttə, Prezident Tokayev ilə şəxsi münasibətlərimiz ikitərəfli formatda və regional əməkdaşlıqda mühüm amildir. Bizim çox geniş gündəliyimiz var. Xəzər dənizinin hər iki sahilində yerləşən ölkələr olaraq sıx qarşılıqlı fəaliyyət göstəririk. Mahiyyət etibarilə, Qazaxıstan ilə Azərbaycan arasında fəal əməkdaşlıq olmadan regionumuzda, Xəzər bölgəsində hər hansı nəqliyyat layihəsi sadəcə mümkün deyil. Sevinirik ki, infrastrukturun yaradılması və genişləndirilməsi üzrə paralel işlər aparılır. Artıq Azərbaycandan bəhs etmişəm. Bilirəm ki, Qazaxıstan da liman infrastrukturunun genişləndirilməsi üçün çox iş görür. 2024-cü ildə Qazaxıstan və Özbəkistan prezidentləri ilə Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsinə dair Bakıda müqavilə imzaladıq. Artıq texniki-iqtisadi əsaslandırma hazırlanır. Bununla yanaşı, Qazaxıstanla Azərbaycanı, həmçinin geniş coğrafi ərazini birləşdirəcək və rəqəmsallaşma, süni intellekt, verilənlər bazaları və sairə ilə bağlı proseslərin inkişafında mühüm rol oynayacaq fiber-optik kabelin tikintisi üzərində ikitərəfli əməkdaşlıq edirik.Qazaxıstandan müəyyən həcmdə neft Azərbaycan ərazisindən nəql olunmağa başlayıb. Beləliklə, iki ölkə bu regionda sıx əməkdaşlıq edir. Əlbəttə ki, biz Prezidentin rəhbərliyi ilə Qazaxıstanın sürətli inkişafından məmnunuq.
Nəticə etibarilə, Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsini xarici siyasətinin əsas prioritetlərindən biri kimi qiymətləndirmişdir. Ölkəmiz təşəbbüsləri, beynəlxalq tədbirlərə ev sahibliyi və fəal diplomatiyası ilə İslam dünyasında birlik, əməkdaşlıq və qarşılıqlı dəstək prinsiplərinin möhkəmləndirilməsinə mühüm töhfə verməkdə davam edir. Bu siyasət Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və İslam aləmində etibarlı tərəfdaş kimi mövqeyinin daha da güclənməsinə xidmət edir.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22

