Göyçayda “Tarix yazan şəxsiyyət” mövzusunda tədbir keçirilib
14.07.2026 [15:45]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inzibati binasında 14 iyul 2026-cı il tarixində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin ildönümünə həsr olunmuş “Tarix yazan şəxsiyyət” adlı tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. O bildirib ki, 1969-cu il iyulun 14-də Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı olub. Qeyd edilib ki, məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində ölkəmizin iqtisadi, sosial, elmi, təhsil və mədəni həyatında əsaslı dönüş yaradılıb, milli dövlətçilik ənənələri möhkəmləndirilib, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm təməl formalaşdırılıb. Vurğulanıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir və Azərbaycan hərtərəfli inkişaf yolunda inamla irəliləyir.
Daha sonra çıxış edənlər, partiya veteranları Eldəniz Məmmədov, Sədaqət Abdulova, Rayon Ağsaqqallar Surasının sədri Nazir Əhmədov, Ərazi Partiya Təşkilatının sədrləri Səbinə Qurbanova, Firəngiz Məmmədyarova Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən, xalqına və dövlətinə göstərdiyi misilsiz xidmətlərdən, milli həmrəyliyin və müasir Azərbaycan dövlətinin möhkəm təməllərinin formalaşdırılmasındakı tarixi rolundan danışıblar. Çıxışlarda qeyd olunub ki, Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün də ölkəmizin davamlı tərəqqisinin əsasını təşkil edir. Bildirilib ki, Ümummilli Liderin ideyaları Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasına, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə və gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsinə mühüm töhfə verir.
Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41

