Azərbaycan-Avropa İttifaqı münasibətləri yeni inkişaf mərhələsi
07.07.2026 [10:56]
Azərbaycan ilə Avropa İttifaqı arasında formalaşmış əməkdaşlıq münasibətləri həm regional, həm də qlobal əhəmiyyət daşıyır. Xüsusilə ticarət, enerji təhlükəsizliyi və nəqliyyat sahələrində həyata keçirilən layihələr bu tərəfdaşlığın strateji xarakter daşıdığını göstərir.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana işgüzar səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərində mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşlərdə enerji təhlükəsizliyi, ticarət əlaqələri, nəqliyyat-kommunikasiya layihələri, regional sülh prosesi və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri geniş müzakirə olunmuşdur. Prezident İlham Əliyev mətbuata bəyanatında vurğulamışdır ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Aİ üzv dövlətlərinin payına düşür. Eyni zamanda, Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda ən böyük ticarət tərəfdaşı olaraq qalır və region üzrə Aİ ticarətinin təxminən 70 faizi Azərbaycanın payına düşür. Bu göstəricilər tərəflər arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini göstərir.
Görüşün əsas mövzularından biri enerji əməkdaşlığı olmuşdur. 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumundan sonra Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracı təxminən 65 faiz artmışdır. Hazırda ölkənin qaz ixracının yarısı Avropa İttifaqı ölkələrinə yönəldilir və artıq Aİ-nin on üzv dövləti Azərbaycan qazından istifadə edir. Bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu bildirilmişdir. Bu göstəricilər ölkəmizin beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsini və Avropa bazarındakı mövqeyinin möhkəmlənməsini nümayiş etdirir.
Bəyənatda göstərilir ki, enerji təhlükəsizliyi bu gün hər bir dövlət üçün milli təhlükəsizliyin vacib tərkib hissəsidir. Azərbaycan zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə yanaşı, onların dünya bazarına etibarlı şəkildə çatdırılması üçün mühüm infrastruktur layihələri həyata keçirmişdir. Bu baxımdan Cənub Qaz Dəhlizi xüsusi əhəmiyyət kəsb edir. Təxminən 3500 kilometrlik boru kəməri sistemi Azərbaycan qazını Avropa bazarına təhlükəsiz və fasiləsiz şəkildə nəql edərək Avropanın enerji təchizatının şaxələndirilməsinə mühüm töhfə verir. Prezident İlham Əliyev mətbuata bəyanatında da qeyd etmişdir ki, bağlantı birmənalı olaraq müzakirələrimizin mühüm hissələrindən biridir. Azərbaycan regional daşımalar layihələrinin bir çox hallarda fəal iştirakçısı və təşəbbüskarıdır. Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizləri Azərbaycandan keçir və qonşularımızla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətləri bizə bütün iştirakçılara fayda gətirən çox geniş əməkdaşlıq formatını qurmağa imkan yaratdı. Bu gün Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artır. Biz Azərbaycanda və qonşuluqda daşımalar infrastrukturuna böyük sərmayələr yatırdıq və bunu davam etdiririk. Yeni geosiyasi vəziyyətə gəldikdə isə görürük ki, ticarət üçün dəniz limanlarımızın, dəmir yolu infrastrukturunun imkanlarının genişləndirilməsinə ehtiyac duyulur. Bütün bunları biz cədvələ və öz maliyyə imkanlarımıza uyğun edirik.
Səfər zamanı regional sülh və əməkdaşlıq məsələləri də müzakirə edilmişdir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Cənubi Qafqazda dayanıqlı sülhün və əlaqəliliyin gücləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəklədiklərini bildirmişdir. Nəticə etibarilə, Ursula Fon der Lyayenin ölkəmizə səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni inkişaf mərhələsinə daxil olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər göstərir ki, tərəflər ticarət, enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri və regional əməkdaşlıq istiqamətlərində strateji tərəfdaşlığı daha da möhkəmləndirmək niyyətindədirlər. Gələcəkdə bu əməkdaşlığın daha da dərinləşməsi hər iki tərəf üçün yeni iqtisadi imkanlar yaradacaq və regionda sabitliyin möhkəmlənməsinə xidmət edəcəkdir.
Tural Sadıxov
YAP Culfa rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxGündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56

