Müstəqilliyimizin etibarlı təminatçısı
22.06.2026 [23:13]
Hər il 26 İyun ölkəmizdə böyük qürur hissi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi qeyd olunur. Bu əlamətdar tarix müstəqil Azərbaycan dövlətinin ən mühüm dayaqlarından biri olan ordumuzun keçdiyi şərəfli inkişaf yoluna nəzər salmaq, onun qazandığı tarixi nailiyyətləri dəyərləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri olmaqla yanaşı, dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və xalqımızın təhlükəsizliyinin etibarlı təminatçısıdır.
Müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən siyasi böhran, idarəetmədəki pərakəndəlik və xaos ordunun formalaşmasına da ciddi maneələr yaradırdı. Həmin dövrdə vahid komandanlığa malik nizami ordu mövcud deyildi. Məhz xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi güclü milli ordunun yaradılmasını müəyyənləşdirdi. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ordu quruculuğu sistemli şəkildə həyata keçirildi, vahid komandanlıq prinsipi təmin olundu, peşəkar hərbi kadrların hazırlanmasına başlanıldı, hərbi intizam möhkəmləndirildi və Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Məhz həmin dövrdə əsası qoyulan ordu quruculuğu siyasəti sonrakı uğurlarımızın möhkəm təməlini təşkil etdi.
Ümummilli Lider Heydər Əliyev deyirdi: "Azərbaycanın müstəqilliyini qorumaq üçün güclü ordumuz olmalıdır." Bu fikir dövlətçilik strategiyasının ayrılmaz hissəsinə çevrildi və sonrakı illərdə də ardıcıl şəkildə davam etdirildi.
Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illər ərzində müdafiə xərclərinin artırılması, müasir silah və hərbi texnikanın alınması, yerli müdafiə sənayesinin inkişafı, peşəkar hərbi kadrların hazırlanması, hərbi hissələrin müasir infrastrukturla təmin olunması ordumuzun döyüş qabiliyyətini daha da yüksəldib. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın nüfuzlu hərbi reytinqlərində öz mövqeyini ildən-ilə möhkəmləndirir.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb: "Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasındadır." Bu fikir artıq təkcə siyasi bəyanat deyil, real faktlarla təsdiq olunan həqiqətdir.
2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun yüksək peşəkarlığı, əsgər və zabitlərimizin misilsiz şücaəti nəticəsində otuz ilə yaxın davam edən işğala son qoyuldu. Tarixi torpaqlarımızın azad edilməsi ilə nəticələnən tarixi Zəfər təkcə hərbi qələbə deyil, milli qürurun, dövlətimizin gücünün və xalq-iqtidar birliyinin təntənəsi oldu.
2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın dövlət suverenliyi ölkəmizin bütün ərazisində tam təmin edildi. Bununla da dövlətimizin qarşısında duran ən mühüm tarixi vəzifələrdən biri uğurla başa çatdırıldı və üçrəngli bayrağımız ölkəmizin bütün guşələrində əzəmətlə dalğalandı.
Azərbaycan Ordusunun qazandığı bütün uğurların əsasında dövlətin orduya göstərdiyi davamlı diqqət və qayğı dayanır. Hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması, onların mənzil-məişət şəraitinin yüksəldilməsi, şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısı, hərbi təhsilin inkişafı və müdafiə sənayesinin genişləndirilməsi bu siyasətin mühüm istiqamətləridir. Bu gün Azərbaycan əsgəri yüksək vətənpərvərlik ruhunda yetişən, müasir silahlarla təchiz olunan, peşəkar hazırlığa malik qüdrətli ordunun nümayəndəsidir.
Azərbaycan Ordusu təkcə ölkəmizin təhlükəsizliyinin təminatçısı deyil, həm də xalqımızın milli qürur mənbəyidir. Bu ordunun gücü xalqın birliyindən, dövlətin siyasi iradəsindən və Vətən sevgisindən qaynaqlanır. Tarixi Zəfər göstərdi ki, Azərbaycan xalqı öz dövlətinə, ordusuna və Ali Baş Komandanına sonsuz inam bəsləyir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

