Milli Qurtuluşun 33 ili: Sabitlik, İnkişaf və Tərəqqi
16.06.2026 [12:11]
Şəmkir rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş gününə həsr olunmuş keçirilən ümumrayon tədbirindən öncə Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayonda fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən RİH başçısı Rəşad Tağıyev Milli Qurtuluş Gününün tariximizdəki yerindən danışaraq bildirib ki, Azərbaycan bugünkü uğurlarına məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində nail olub.
İcra başçısı qeyd edib ki, 1991–1993-cü illərdə dövlətin müstəqilliyinə və suverenliyinə təhdid yaradan bütün amillər ölkəmizdə mövcud idi. Həmin dövrdə Azərbaycanda həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət idarəçiliyi sisteminin iflic vəziyyətə düşməsi, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-cü ilin əvvəllərindən etibarən törətdikləri qanunsuz əməllər, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması, bütün bunların ölkə daxilində qardaş qırğınına və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdə çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü.
Rəşad Tağıyev vurğulayıb ki, taleyimizin həll olunduğu ağır bir dövrdə xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəlik və anarxiyadan xilas etmiş, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyənləşdirmişdir.
1991–1993-cü illərdə xalqımızın keçdiyi çətin dövrdən danışan icra başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrilib: “1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu”.
Ulu Öndər Heydər Əliyevin adının tariximizə Vətənin və xalqın xilaskarı kimi yazıldığını vurğulayan Rəşad Tağıyev qeyd edib ki, Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən və beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib: “Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər, ölkəmizin suverenliyinin tam bərpası, eləcə də bu gün tarixi torpaqlarımızda həyata keçirilən abadlıq-quruculuq işləri Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir”.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev də çıxışında 1990-cı illərin əvvəllərində xalqımızın üzləşdiyi çətin tarixi sınaqlardan danışıb. O bildirib ki, 15 iyun 1993-cü il tarixi Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması və beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov da çıxışında bildirib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizi böyük bir fəlakətdən xilas edib, vətəndaş müharibəsi astanasında olan xalqın inkişafı üçün əlverişli siyasi, iqtisadi və mənəvi mühit formalaşdırıb. O, həmçinin Ümummilli Liderin Azərbaycan təhsilinin inkişafına verdiyi mühüm dəstəkdən bəhs edib.
Çıxış edən digər natiqlər və tarixçilər də Heydər Əliyev tərəfindən həyata keçirilən mühüm işlərdən, Ulu Öndərin xalqımız qarşısındakı xidmətlərindən ətraflı danışıblar.
Tədbirin bədii hissəsində yerli mədəniyyət işçiləri tərəfindən Ulu Öndər Heydər Əliyevin sevdiyi musiqilər səsləndirilib, məktəblilərin ifasında kompozisiyalar təqdim olunub.
Tədbir çərçivəsində Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən bəhs edən sənədli film nümayiş etdirilib, Ümummilli liderin həyat və yaradıcılığından bəhs edən sərgiyə baxış keçirilib. Eyni zamanda Şəmkir rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş minifutbol turnirinin və intellektual yarışın qalibləri mükafatlandırılıblar.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16

