Milli Qurtuluşdan Tarixi Zəfərə Aparan Uğurlu Yol
12.06.2026 [14:39]
15 İyun – Milli Qurtuluş Günü ölkənin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və siyasi sabitliyin bərpası baxımından xüsusi yer tutur. Hər il qeyd olunan bu bayram Azərbaycan dövlətinin inkişaf yolunda mühüm dönüş nöqtəsini əks etdirir. Milli Qurtuluş Günü ölkədə siyasi sabitliyin bərpasının başlanğıcı oldu.
Müstəqilliyin ilk illərində Azərbaycan son dərəcə mürəkkəb vəziyyətlə üzləşmişdi. Dövlət idarəçiliyində təcrübəsizlik, siyasi qeyri-sabitlik, silahlı dəstələrin özbaşınalığı, müxtəlif bölgələrdə separatçılıq meyllərinin güclənməsi ölkəni vətəndaş qarşıdurması həddinə çatdırmışdı. İqtisadi böhran dərinləşir, sosial vəziyyət ağırlaşır, dövlət institutları isə faktiki olaraq fəaliyyət qabiliyyətini itirirdi. Ermənistanın hərbi təcavüzü fonunda baş verən bu proseslər Azərbaycan dövlətçiliyinin taleyini sual altına qoymuşdu.
Belə bir şəraitdə cəmiyyət ölkəni böhrandan çıxara biləcək nüfuzlu siyasi liderə ehtiyac duyurdu. Xalqın böyük əksəriyyəti bu missiyanı yerinə yetirməyə qadir yeganə şəxsiyyətin Heydər Əliyev olduğuna inanırdı. Məhz buna görə də 1993-cü ilin iyununda xalqın və siyasi dairələrin təkidli çağırışları nəticəsində Heydər Əliyev Bakıya qayıtdı.
Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə sabitliyin bərpası istiqamətində mühüm addımlar atıldı. O, həyatını riskə ataraq Gəncəyə yollandı, qiyamın qarşısının alınmasında mühüm rol oynadı və dövlətçiliyin qorunmasını əsas prioritet elan etdi.
15 iyun 1993-cü ildə Ulu Öndərin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi isə ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti ondan ibarətdir ki, məhz həmin dövrdə Azərbaycanın gələcək inkişaf strategiyası müəyyənləşdirildi. Asayiş və qanunçuluq bərpa edildi, qanunsuz silahlı qruplaşmaların fəaliyyətinə son qoyuldu, dövlət idarəetmə sistemi formalaşdırıldı.
1993-cü ildən sonra ordu quruculuğuna xüsusi önəm verildi. Hərbi büdcə ildən-ilə artırıldı. Müasir qoşun növləri yaradıldı. Azərbaycan xaricdən ən modern silah-sursatların alınması üçün istehsalçı şirkətlərlə müqavilələr bağladı. Bu hazırlıq, islahatlar bizi qələbəyə hər gün daha da yaxınlaşdırırdı. Ümummilli Lider möhtəşəm Qayıdışı ilə Azərbaycanı həm məhv olmaq təhlükəsindən xilas etdi, həm də ölkəmizin ərazilərini işğal edən bir təcavüzkar dövlətə cavab zərbəsi hazırladı. 1997-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 15 iyun rəsmi dövlət bayramı elan edilmişdir.
Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyini qoruyaraq onu davamlı inkişaf yoluna çıxarması oldu. Onun təşəbbüsü ilə həyata keçirilən siyasi və iqtisadi islahatlar ölkənin gələcək uğurlarının əsasını təşkil etdi. Qəbul olunan Konstitusiya, çoxpartiyalı siyasi sistemin formalaşdırılması, hüquqi dövlət quruculuğu və iqtisadi inkişaf proqramları Azərbaycanın müasir dövlət kimi inkişafına təkan verdi.
Ümummilli Lider Heydər Əliyev bütün fəaliyyətini xalqına və dövlətinə xidmətə həsr etmişdir. O, hər zaman Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü ən ali dəyər hesab etmişdir. Onun “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” fikri xalqına və dövlətinə sonsuz sədaqətinin ifadəsidir.
15 iyun 1993-cü ildən – Milli Qurtuluş Günündən başlanan müstəqilliyin inkişaf etdirilməsi, uğurlu dövlət quruculuğu, sabit vətəndaş cəmiyyətinin yaradılması bu gün də qətiyyətlə davam etdirilir. Ulu Öndərin layiqli davamçısı, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əsaslı tədbirlər görülür. Bu inkişaf xəttinin zirvəsi isə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Zəfər olmuşdur. Beləliklə, Qurtuluşdan başlanan yol güclü dövlətə, güclü orduya və nəhayət, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə aparan uğurlu inkişaf yoluna çevrilmişdir.
Azad edilmiş torpaqlarda aparılan quruculuq işləri yalnız binaların və yolların tikintisi ilə məhdudlaşmır. Bu proses həm də tarixi-mədəni irsin bərpasını, iqtisadi potensialın yenidən canlandırılmasını və bölgədə dayanıqlı inkişafın təmin olunmasını əhatə edir. Beləliklə, bu ərazilər müasir Azərbaycanın inkişafının və yenilənməsinin mühüm mərkəzlərindən birinə çevrilməkdədir. Hazırda işğaldan azad edilmiş ərazilərimizin beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul edilməsi, buradan mühüm mesajların çatdırılması qürurvericidir.
Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini daim uca tutur, Onun dövlətçilik irsini böyük ehtiramla yad edir və Milli Qurtuluş Gününü qürurla qeyd edir. 15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində qızıl hərflərlə yazılmış, müstəqilliyimizin qorunub saxlanılmasını və ölkəmizin davamlı inkişaf yoluna çıxmasını təmin etmiş tarixi bir gündür.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

