15 İyun – Xalqımızın Milli Qurtuluşu və dövlətçilik tariximizin dönüş nöqtəsidir
11.06.2026 [15:01]
Qədim tarixi köklərə söykənən xalqımızın taleyində elə günlər var ki, onlar əbədi yaşarlıq qazanaraq tarix səhifələrində silinməz izlərə çevrilib. Məhz belə günlərdən biri də özündə tale yüklü hadisələrin böyüklüyünü əks etdirən 1993-cü ilin 15 iyunudur. Həmin tarix xalqın təkidli çağırışı ilə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə yadda qalmış və Milli Qurtuluş günü kimi tarixə düşmüşdür. Bu qayıdış, təkcə bir siyasi liderin yenidən hakimiyyətə gəlməsi deyildi, eyni zamanda Azərbaycan dövlətinin dağılmaq təhlükəsindən xilas edilməsi, milli birliyin bərpası və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atılan həlledici addım idi.
1991-ci il 18 oktyabrda dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan xalqı bir əsrdə ikinci dəfə bu müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkədə yaranmış siyasi hakimiyyət boşluğu, xaos, anarxiya, torpaqlarımızın işğalı, eləcə də vətəndaş müharibəsi və parçalanma riski dövlətin mövcudluğunu ciddi şəkildə təhdid edirdi. Ölkənin qabaqcıl ziyalıları yaxınlaşan fəlakəti aydın şəkildə hiss edirdilər. 1992-ci il oktyabrın 16-da bir qrup ziyalının Heydər Əliyevin böyük siyasətə qayıtması ilə bağlı müraciəti cavabsız qalmadı. Həmin il Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkənin düşdüyü hərbi-siyasi və sosial böhrandan çıxarılması istiqamətində atılmış ilk və mühüm addımlardan biri idi. Xalqımızın Heydər Əliyev çağrışı Azərbaycanın müqəddəratını tənəzzüldən tərəqqiyə doğru dəyişdi. 15 iyun Milli qurtuluş fəlsəfəsi sözün əsl mənasında Azərbaycanın varlığını, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini, xalqın azadlıq uğrunda mübarizəsini və milli suverenliyinin təmin təmin olunması yolunda göstərdiyi misilsiz səyləri və qəhrəmanlığı əks etdirir.
Daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə doğma vətənin xilası naminə misilsiz fədakarlıq göstərərək ölkəmizin müstəqilliyini qorudu, bütün sahələrdə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı. Dahi şəxsiyyətin hakimiyyətə gəlişi ilə dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu yaradıldı, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi. Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır– deyən Ümummilli Lider ölkədə vətəndaş həmrəyliyini və sabitliyi əsas şərt kimi görürdü. Onun şəxsiyyəti, özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi.
1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi. Onun rəhbərliyi ilə Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin formalışdırılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm və təxirəsalınmaz addımlar atıldı. Eyni zamanda, həyata keçirilən məqsədyönlü siyasi və diplomatik fəaliyyət nəticəsində 1994-cü ilin may ayında ölkə üçün həyati əhəmiyyət daşıyan atəşkəsə nail olundu. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana qarşı artan inam və maraqdan səmərəli şəkildə istifadə edilərək 1994-cü ilin sentyabrında Əsrin müqaviləsi imzalandı. Bu tarixi saziş Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış müstəqil Azərbaycanın iqtisadi inkişaf strategiyasının neft siyasətinin mühüm və parlaq təzahürü oldu. Əsrin müqaviləsi demək olar ki, dünyanın bütün qütblərini vahid ünvanda birləşdirdi. Ümummilli Lider dünya şirkətləri ilə möhtəşəm neft sazişini imzalamaqla həm Azərbaycanın ərazi bütövlüyünün bərpasına zəmin yaratdı, həm dövlət müstəqilliyinin əbədiləşdirilməsinə nail oldu.
Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır.
Vaxtilə Heydər Əliyevin müstəqil və ərazi bütövlüyünü tam görmək istədiyi Azərbaycan bü gün azaddır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində müzəffər Silahlı Qüvvələrimiz tərəfindən parlaq qələbə əldə edildi. Dünyada böyük əks-səda doğuran İkinci Qarabağ müharibəsi Azərbaycanın öz müqəddəs torpaqlarını azad etməsi, Ermənistanın işğal siyasətinə son qoyulması İlham Əliyevin siyasətçi kimi müdrikliyini, Ali Baş Komandan kimi qətiyyətini nümayiş etdirdi. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Bu gün cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev dühasından bəhrələnərək və onun siyasi dəst-xəttinə sadiqliyini nümayiş etdirməklə müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Azərbaycan xalqı xoşbəxtdir ki, Heydər Əliyev kimi dövlətinin gələcəyini düşünüb möhkəm təməl formalaşdıran Ümummilli Lideri və bu təməl üzərində Azərbaycanı inkişaf etdirən, Zəfər tarixini yazan cənab İlham Əliyev kimi qalib Prezidenti var.
Milli Qurtuluş Günümüz mübarək.
Ceyhun Ağazadə
YAP Biləsuvar rayon təşkilatının gənc fəalı
Xəbər lenti
Hamısına baxDünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35

